Tramp onu tənqid edənə vəzifə verəcək

Donald Trampın ABŞ-ın BMT-dəki təmsilçisi postunu tutmaq təklifinə Cənubi Karolina ştatının qubernatoru Nikki Heyli müsbət cavab verib. Bu barədə Vaşinqton Postun mənbəsi bildirib. Onun namizədliyinin rəsmi bəyanatının yaxın saatlarda elan olunacağı gözlənilir. Nyu York Tayms bildirir ki, məlumat öz təsdiqini tapsa, Nikki Heyli Trampın adminstrasiyasında ilk qadın olacaq.

Tramp və Heyli arasındakı münasibətlər heç də yaxşı olmayıb, – CNN qeyd edir. Heylinin 44 yaşı var, onun valideynləri Hindistan immiqrantlarıdır. Heyli ABŞ immiqrasiya reformuna dair yanaşmalarına görə Trampı tənqid edib və onun müsəlmanların ABŞ-a girişinə qadağa qoyulması təklifini “tamamilə Amerika dəyərlərinə yad” və “qeyri-konstitusion” adlandırıb. Tramp da öz növbəsində Heylinin mövqeyini “zəif” adlandırıb.

Xudaferin.eu

17:06