Tofiq Qasımovun xatirəsi bizə əzizdir

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə və "Xudafərin" jurnalının kollektivi Azərbaycanın sabiq xarici işlər naziri, görkəmli alim Tofiq Qasımovun vəfatından kədərləndiyini bildirir və ailə üzvlərinə başsağlığı verir.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti bildirir ki, Tofiq Qasımovun vəfatı bütövlükdə Azərbaycan xalqı üçün böyük itkidir. Qeyd edək ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımovun mühacirətdə vəfat edib. O 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. Biir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T. Qasımov daha sonra İsveçə mühacirət edib.

Oradan isə İsveçrəyə gedib. 2 qızı var. O, indiyə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!

xudaferin.eu

07:56