Şəhidimizn atası: Qoy bu bayraq Qarabağda dalğalansın

Şəhid Çingiz Qurbanovun atası əbədi saxlamaq üçün ona verilən Azərbaycanın Dövlət Bayrağını oğlunun xidmət göstərdiyi hərbi hissəyə təqdim edib.

Xudaferin.eu Report-a istinadən xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin nəşi üzərinə sərilən Azərbaycanın Dövlət Bayrağını əbədi xatirə saxlmaq üçün onun atası Salman Qurbanova təqdim edib.

S.Qurbanov Azərbaycan Bayrağını oğlunun xidmət etdiyi hərbi hissəyə verib. “Mən bu bayrağı Çingizin xidmət etdiyi hərbi hissəyə təqdim edirəm. Bu bayraq gələcəkdə, işğaldan azad olunandan sonra Qarabağda dalğalansın”, – deyə o bildirib.

Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Prezident, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Şəhid Çingiz Qurbanov bu gün Qusardakı Şəhidlər xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Xudaferin.eu

23:58