Rusiyadan Türkiyəyə gələn gəmi batdı - 7 nəfər itkin düşüb

Rusiyanın Rostov şəhərindən Türkiyəyə gələn "Geroi Arsenala" gəmisi Qara dənizdə batıb.

Xudaferin.eu bildirir ki, ilkin məlumata görə 12 nəfər ekipajı olan gəmidən 1 nəfər xilas olunub. 4 nəfərin xilas olunması üzrə tədbirlər davam etdirilir. Digər 7 nəfərdən isə məlumat yoxdur.

Gəmidəki şəxslərdən 2-nin rus, 9-nun ukraynalı, 1-nin isə gürcü olduğu deyilir. Dənizdəki güclü dalğa axtarış-xilasetmə işini çətinləşdirir.

Xudaferin.eu

15:49