Qanun prezidentin rəfiqəsi üçün də var: 40 illk dostluq həbslə bitdi

Müxalifətin və vətəndaş cəmiyyəti institutlarının çoxminlik mitinqləri qarşısında prezident geri çəkilməli oldu. Beləliklə Güney Koreya prezidentinin rəfiqəsi rəsmən fırıldaqçılıqda ittiham edilib. Ölkənin indiki prezidenti Pak Kın Xenin yaxın rəfiqəsi Çxve Sun Silə qarşı rəsmən ittiham irəli sürülüb. O, öz şəxsi mənfəəti üçün rəhbəlik etdiyi fondun hesabına köçürülən pullardan istifadədə günahlandırılır.  

Yonhap agentliyi xəbər verir ki, Seul dairə məhkəməsi onun həbsi barədə order verib. Korrupsiya qalmaqalının mərkəzində dayanan prezidentin rəfiqəsinə qarşı ittihamda rəsmən bildirilir ki, o, iri şirkətləri rəhbərlik etdiyi fondların hesabına maliyyə vəsaiti köçürməyə vadar edib. Bu pullar isə təyinatı üzrə deyil, şəxsi məqsədlər üçün xərclənib. Prezidentlə yaxın münasibətdən istifadə edən qadın öz qızını məhz bu vəsait hesabına xaricdə oxudub. Ölkə prezidentinə qarşı da ittihamlar səsləndirilir. Onu 40 illik rəfiqəsinin əməllərinə göz yummaqla yanaşı buna şərait yaratmaqda da ittiham edirlər. Prezident öz çıxışlarının mətnini də redaktə üçün rəfiqəsinə verirmiş.
Başkənd Seulda neçə gündür davam edən aramsız mitinqlərdə nəinki, Çxve Sun Silin, eyni zamanda prezident Pak Kın Xenin həbs edilməsi tələbləri də irəli sürülmüşdü. Hakimiyyət siyasi partiyaların və vətəndaş cəmiyyətinin onminlərlə vətəndaşı prezident sarayının qarşısına yığması və günlərlə davam edən etiraz hərəkatının qarşısından geri çəkilməyə məcbur olmuşdur.

Xudaferin.eu  

12:58