PKK-çılara vətəndaşlıq verilir - QORXULU PLAN

 

"Fərat Qalxanı" hərəkatıyla Cerablus və Əl- Babı terror təşkilatı İŞİD-dən təmizləyən Türk Silahlı Qüvvələrinin (TSK) istiqamətini Menbiçe çevirməsi Əsəd rejimi, İran, ABŞ və Rusiyanı qorxuya salıb.

Menbiçə hücum üçün hazırlanan əməliyyatla terror qurşağını sarsıtmağa hazırlanan Türkiyəyə qarşı dörd ölkə kürd terrorçularına yardım edir. Əl-Babın tamamilə alınmasından sonra hərəkatın istiqamətinin Menbiçe çevriləcəyini anlayan kürd terror təşkilatı Menbiç kəndlərini Əsəd rejiminə verib. ABŞ ordusunun zirehli maşınları, Əsəd rejimi və rus əsgərləri də hərəkatın Menbiçe irəliləməməsi üçün TSK ilə PKK arasında tampon bölgə qurub. Menbiçe gələn ABŞ əsgərləri PKK işğalındakı Hasekede qurulan hərbi bazaya göndərilir. 500 ABŞ əsgərinin zirehli maşınlarla birlikdə Menbiçdə olduğu bildirilib. TSK "Fərat Qalxanı" hərəkatıyla qurtarılan bölgələrdə 22 hərbi baza qurub. Hərbi mənbələrin məlumatına görə, bu say 25-ə qədər qalxacaq. Menbiçdəki PKK hədəflərinə ara-sıra Əl- Babdan top atışları etdiyi bildirilərkən, şəhərin qərbində Azad Suriya Ordusu (ASO) xətlərinə hücum PKK terrorçularını məhv etmək üçün təyyarə və hava topları da istifadə edilir. Menbiçi boş buraxmayan bir başqa güc isə Rusiyadır. Hələbin şərqindəki Kuveyris Aerodromunda hərbi baza quran Rusiya əsgərləri Əsəd rejiminin əlindəki Tadifdən keçərək Menbiçə girib. Hal-hazırda Menbiçdə 200 rus əsgərinin olduğu bildirilir.

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinin "Biz silahlı terror təşkilatlarının yanında, sizə qarşı yer almarıq" dediyini söyləmişdi. Ərdoğan "Ayrıca müsəlman çeçen əsgərlərindən ibarət olan iki batalyonu suriyalıların yanında yer almaq üçün Suriyaya göndərdiklərini də deyib" ,- deyə prezident bildirmişdi.

PKK-nın Menbiç-Əl-Bab arasındakı kəndləri Əsəd qoşunlarına təhvil verməsindən sonra iştahlanan İran da müxtəlif ölkələrdən yığaraq Suriyaya gətirdiyi min silahlısını Menbiçe yerləşdirib. Tamamilə terror təşkilatı PKK əsasında təşkil edilən, ancaq dünyaya "Suriya Demokratik Gücləri" maskasıyla göstərilən quruluşun qurduğu "Menbiç Hərbi Məclisi"ndə təxminən 3 min silahlı var. Həmin silahlı 3 min terrorçunun bir hissəsi zorla hərbi xidmətə çağırılan suriyalılardır. Əhəmiyyətli bir qismi isə Kobani, Tel- Abyad kimi qaynar bölgələrdə təcrübə qazanıb. Bir neçə gün əvvəl ASO ilə PKK arasında çıxan qarşıdurmada öldürülən bir qadın silahlının Kandil heyətindən olduğu aşkar olunub. Digər tərəfdən, PKK-lıların bir qisminə Suriya vətəndaşlıq kartı ilə Suriya ordu vəsiqəsi verilməyə başlanıb. PKK-lıların Menbiçin qərb kəndlərinə Suriya rejim bayrağı asdığı da görüntülənib.

Məcid Həsənli

Cebhe.info

 

09:33