Nadir Qazipur: "Azərbaycan Türkləri döyülüb geri qaytarılır"

 

Güney Azərbaycanın Urmu şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Gənclər və İdman nazirinə məktub yazaraq, Futbol Federasiyasının Güney Azərbaycanın “Traktor” takımına qarşı etdiyi ayrı-seçkiliyə etiraz edib.
 

“Güney Azərbaycanın “Traktor” futbol takımına Tehranın iki komandası kimi dəstək verilsin” başlığı ilə yazılan məktubda “Traktor”la Tehran komandalarına fərqli münasibətin olduğu qeyd olunub. “Traktor”la Tehran komandaları arasında keçirilən bütün görüşlərdə “Traktor” tərəfdarları ölkə polisinin və təhlükəsizlik qüvvələrinin gözləri qarşısında döyülərək məzlum şəkildə Güney Azərbaycana qayıdırlar. Futbol Federasiyası rəqib komandalara (“İstiqlal” və “Perspolis” nəzərdə tutulur) qarşı heç bir tədbir görmür”, - məktubda bildirilir.

Güney Azərbaycandan olan millət vəkili açıq şəkildə heç bir görüşün adını çəkməyib, lakin onun ötən günlərdə Tehranda keçirilən “Traktor”-“İstiqlal” görüşünə işarə etdiyi ehtimal olunur. Həmin görüşdən sonra Futbol Federasiyasının İnzibati Komitəsi “Traktor” tərəfdarlarını qanunu pozmaqda günahlandıraraq, Güney Azərbaycan klubunu 15 milyon tümən cərimələyib. Bu görüşdə hakimin ədalətsiz qərarları da diqqət çəkib. Bütün bunlara isə, Futbol Federasiyası göz yumub. Əslində “Traktor” takımına qarşı hakimin ədalətsiz mğvqeyini sübut edən videoçəkilişlər də mövcuddur. Tehranda keçirilən oyunlara Güney Azərbaycandan gələn azərkeşlərin sayının az olması fürsətindən yararlanan fars şovinizmi məharətlə istifadə etsə də, bütün bu rəzalətlərə qarşı Güney Azərbaycanda daha sərt bir şəkildə təpkilər də alovlanmaqdadır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

14:59