Molla rejimi Güney Azərbaycanda kürdləri vəzifəyə gətirir

 

Güney Azərbaycanın Urmu şəhər meri mollakratiya rejiminin yalağı statusu ilə şəhərin 3 saylı rayonunun bələdiyyə başçısı postuna kürd əsilli şəxsi təyin edib.
 

Qeyd edək ki, mollakratiya rejiminin son vaxtlar Güney Azərbaycan ərazilərində kürdlərin məskunlaşdırılması və onlara rəsmi səviyyədə dəstək verməsi yerli Türk əhalisi tərəfindən  tərəfindən sərt təpkilərlə qarşılanmışdır. Əhali belə bir təyinat siyasətinin Tehranın göstərişi ilə olduğunu və kürd terror qruplaşmalarının köməyi ilə bölgənin kürdləşdirilməsinə nail olmaq kimi qiymətləndirir.

Güney Azərbaycanın Urmu vilayətində vali postuna kürd əsilli Firudin Hümmətinin təyinatı üçün atılan addımlar yerli Türk əhalinin ayıq-sayıqlığı və eləcə də Güney Azərbaycan Milli Hərəkatının fəalların vaxtında irəli sürdüyü etirazların sonucu olaraq mümkün olmamışdı. İran mollakratiya rejiminin əsas strateji hədəfi Urmu vilayətini kürdləşdirmək, onların iri torpaq və digər mülklərə sahib olmaları, bölgənin tədricən türksüzləşdirilməsi kimi dərin hədəfləri gündəmə gətirmək planını 38 ildir tətbiq etməkdədir. Bütün bunların qarşısını alan tək güc isə Güney Azərbaycan Milli Hərəkatıdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu” 

 

09:53