Mobil telefonların yaratdığı və yaradacağı fəsadlar özünüzü qoruyun

 

Bir neçə il bundan əvvəl mobil telefonların ağır fəsadlarını sübüt etmək üçün 4 yapon tələbə belə bir test keçirdi: qarğıdakı dənəsini uzun müddət telefon şüası ilə qarşı-qarşıya qoydular. Nəticəsi necə oldu?

 

Telefon şuasi ilə qarğıdalı dənəsi bişdi. Qarğıdalı dənəsini özündə bişirən şüa ilə hər saniyədə təmasdayıq. Bu şüa yavaş-yavaş bütün fiziologiyamıza təsir edir. Beyindaxili təzyiqin sürətlənməsindən tutmuş, göz və qulaqların məhv olmasına da gətirib çıxarır. Tayvanlı oftalmoloqlar aşkar ediblər ki, birinci sinif şagirdləri arasında uzağı görməyənlər 21,5 faiz, altıncı sinif şagirdləri arasında isə artıq 65 faiz təşkil edir. Uşaqların 3,4 faizi uzağı görməməyin ağır formasından əziyyət çəkirlər. Həkimlər və alimlər belə cansıxıcı nəticələri uşaqların körpə yaşlarından mobil telefonlardan istifadə etmələri ilə əlaqələndiriblər. Mobil telefonun eşitmə qabiliyyətinə mənfi təsiri daha çoxdu. Belə ki, ən az 4 il müddətində mobil telefon istifadə edən insanlarda "tinnitus" adlı qulaq narahatlığı riski iki dəfə artıq olur. Gündə ortalama 10 dəqiqə mobil telefonla danışanlarda bu narahatlığa tutulma riski yüzdə 71 nisbətində artır. İldə 160 saat mobil telefonla danışan adamda isə risk yüzdə 60 olaraq təyin olunub. Mütəxəssislər mobil telefondan yayılan radiasiyanın iç qulaqda ziyan meydana gətirə biləcəyinə diqqət çəkir.

Amma bizim cəmiyyətdə mobil telefona münasibət həmişə əla olub. Belə ki, Azərbaycan əhalisinin o qədər də çox olmasına baxmayaraq dünyada ən çox mobil telefon işlədən ölkələr sırasındadır. Bu gün elə ailə tapılmaz ki, orda heç olmasa bir nəfərdə mobil telefon tapılamasın. Ailənin ən kiçik üzvü də telefon işlədir. Elə insanlar var ki, onlara hətta bir telefon və bir mobil operatorun nömrəsi də bəs etmir. Adətən danışmaqdan çox başqa funksiyalarından istifadə olunan mobil telefon artıq gənclər üçün 5-6 elektron cihazı əvəz edir.

Elmin Nuri

 

09:51