Jurnlisti döyən polis zabiti haqqında niyə ölçü götürülmür?

 

Cəlilabad rayonunda baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi susmağa üstünlük verib.

Cəlilabad rayon polis şöbəsinin istintaq idarəsinin baş müstəntiqi Eldar Məmmədov restoranların birində yeyib içərkən bərk sərxoş olub. Sərxoş polis zabiti həmin zaman orada olan və hüquq müdafiəçisi kimi tanınan "Regionsəs" qəzetinin baş redaktoru Asif Həsənovu təhqir edib. Bunula da ürəyi soymayan Eldar Məmmədov içdiyi arağın butulkası ilə jurmanilstin başına zərbələr endirərək ona ağır bədən xəsarətləri yetirib.

Əldə etdiyimiz daha bir məlumata görə, sərxoş polis zabiti tərəfindən döyülən jurnalistin oğlu Münasib Həsənov Cəlilabad rayon icra hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışır. Daha da maraqlı olan budur ki, hadisə haqqında mətbuatda geniş informasiya getsə də cinayəti törədən polis zabiti haqqında heç bir ciddi ölçü götürülməyib.

Elşən

Sozcu.az

15:51