“FED uçot dərəcəsini 3%-dək artırmağı planlaşdırır

Beləliklə dollar bir daha yenidən bahalaşacaq

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır. Bunu FED-in rəhbəri Canet Yellen San-Fransisko şəhərində çıxış edərkən bildirib.
Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlum verməyən C.Yellen bildirib ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq.
“FED uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0,5-0,75% səviyyəsindədir, 2019-cu ilədək uçot dərəcəsinin 3%-dək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın kifayət qədər güclü olduğuna əmin olmalıyıq”, deyə C.Yellen bildirib.

Xudaferin.eu

 

11:14