Ermənilərə işləyən casus şəbəkəsi haqqında sensaion faktlar

 

Xəbər verildiyi kimi, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbçi və mülki şəxs tutulub. Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb. “Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər”, - bəyanatda deyilir.
 

Qeyd edək ki, sözügedən casus şəbəkəsinin ifşa olunması ilə bağlı məlumatlı mənbələrdən şok informasiyalar daxil olub. Məlumata əsasən, bu şəbəkənin üzə çıxarılması Tərtərdəki N saylı hərbi hissədə postda dayanan əsgərlərdən birinin gecə saatlarında təmas xəttini keçməsi nəticəsində mümkün olub. Bildirilir ki, rəsmi məlumat açıqlandıqdan bir neçə gün öncə sözügedən hərbi hissədə postda keşik çəkən əsgərləri yoxlayan “MAXE”, bu zaman onlardan birinin yerində olmadığını görüb. Digər hərbçidən əsgər yoldaşının harda olduğunu soruşub. O, ailəsi ilə telefon vasitəsilə danışmaq üçün postdan aralandığını deyib. Həmin vaxt onu axtaran “MAXE” görüb ki, düşmən tərəfdən kimsə gəlir. Bir az sonra həmin şəxs dönüb təmas xəttinin qarşı tərəfindəki erməni hərbçiyə əl edib. Yaxınlaşdıqda məlum olub ki, bu şəxs qanunsuz olaraq postunu tərk edən Azərbaycan hərbçisidir...

Haşiyə çıxaq ki, mənbə həmin əsgərin hərəkətlərinin qüsurlu olduğunu və hərbi hissədə cinsi azlıqların nümayəndələrinə bənzər davranış sərgilədiyini deyir. Hətta əsgər yoldaşları da onunla cinsi azlıq nümayəndəsi kimi davranırmış. Odur ki, onun hərbi xidmətə aparılmasının da qanunsuz olduğu bildirilir.

Mənbə deyir ki, həmin əsgər ermənilər tərəfdən qayıdan kimi “MAXE” dərhal onu yerə yıxaraq əl-qolunu bağlayıb. Bundan sonra həmin əsgər sorğu-sual edilib və o, tək olmadığını, hərbi hissədə ermənilərə xidmət edən çoxsaylı hərbçilərin olduğunu etiraf edib. Nəticədə, Tərtərdəki N saylı hərbi hissədəki casus şəbəkəsi de-şifrə olunub.

Mənbə onu da deyir ki, həmin hadisədən iki gün əvvəl isə ermənilər tərəfindən Azərbaycan hərbçilərinə su və ərzaq daşıyan maşınlar atəşə tutulub. Maraqlıdır ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi heç bir rəsmi açıqlama verməyib.

 

Hurriyyet.org

 

09:39