DÜŞMƏN ÖLKƏ ÇALXALANIR

 

Minlərlə insan Sarkisyana qarşı: İrəvanda oturaq aksiyakeçirilir

 

Ermənistanda "siyasi məhbus" Artur Sarkisyanın həbsxanada ölməsi ölkəni bir-birinə qatıb. Son günlər etirazlar səngimir, minlərlə insan paytaxt İrəvanda ayağa qalxaraq Sarkisyan hakimiyyətinə qarşı çıxıb. Ötən gün nümayişçilər oturaq aksiya keçirmək qərarına gəliblər. Etirazçılar Sarkisyanın Qarabağ döyüşlərində ölən hərbçilərin qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Məhz bu tələblə bu gün Bakı vaxtı ilə saat 19:00-da İrəvanın Azadlıq meydanında yürüş olacaq.

Qeyd edək ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda minlərlə sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. On minlərlə etirazçı ölkə prezidenti Serj Sarkisyanın əleyhinə şüarlar səsləndirərək İrəvanın mərkəzi meydanına doğru hərəkət edib. Nümayişçilər "siyasi məhbus" Artur Sarkisyanın ölümünsə Sarkisyanı ittiham ediblər. Etiraz aksiyasında müxaliflərlə yanaşı, sadə vətəndaşlar da iştirak edib.

Hurriyyet.org

 

09:45