Dövlətin bir illik büdcəsinin pulu müəyyən qrup tərəfindən mənimsənilib”

“Beynəlxalq Bankı xilas etmək üçün 10 milyard manat xərclənib. Daha bir neçə milyad dolları da dövlət öz üzərinə götürməyi planlaşdırır”. Bu barədə iqtisadçı Samir Əliyev “feysbuk” səhifəsində yazıb.

“Cahangir Hacıyev və bir neçə nəfər icraçıdan savayı cəzalanan yoxdur. Bəs qalanlar?”

“Təsəvvür edin dövlət təxminən 2010-11-ci illərdəki büdcəsi həcmində pulu xərcləyir ki, bankı xilas etsin. Dövlətin bir illik büdcəsinin pulu müəyyən qrup tərəfindən mənimsənilib. İndi də heç nə olmamış kimi vergi ödəyicilərinin pulu hesabına zərəri örtməyə çalışırlar. Cahangir Hacıyev və bir neçə nəfər icraçıdan savayı cəzalanan yoxdur. Bəs qalanlar? Onlar nə vaxt cəzalanacaqlar?”, - deyə iqtisadçı sual edir.

Şamo
Hurriyyet.org

 

09:42