Dəhşətli həqiqətlər: Tuqrut Özalın ölümü ilə Kərkük məsələsi arasındakı bağ

Buş ona Mosul ilə Kərkükü vəd etmişdi?

Tuqrut Özal son çıxışlarından birində “Mosul və Kərkük bizimdir, bunu dünya bilir, alacağıq” dedi və ... on gün sonra müəmmalı şəkildə öldü.

Bu onun son vəsiyyəti idi.

Deyilənə görə, Corc Buş ona “Mosul və İraq haqqınızdır, alın” söyləmişdi. Özal isə ətrafındakılara bunun ölkəni xaosa sürükləmək üçün tələ yemi olduğu barədə xəbərdarlıq etmişdi. Türkmənlərin yaşadıqları Mosul və Kərkük şəhərlərinin tarixini araşdırarkən üç mühüm faktla qarşılaşıblar. Dəhşətli həqiqətlər: Tuqrut Özalın ölümü ilə Kərkük məsələsi arasındakı bağ
BİRİNCİSİ: 2023-cü ildə Mosul və Kərkük hüquqi cəhətdən avtomatik Türkiyənin ixtiyarına keçməlidir.
İKİNCİSİ: 1926-cı ilin Ankara Andlaşmasına görə, Türkiyənin Mosula və Kərkükə hərbi müdaxilə etmək hüququ var.
Və ÜÇÜNCÜSÜ: Türkiyənin mərhum prezidenti Tuqrut Özal axırıncı çıxışında “Mosul və Kərkük bizimdir, bunu dünya bilir, alacağıq” dedi və ... on gün sonra müəmmalı şəkildə öldü. Tuqrut Özalın ölüm səbəbi bu günə qədər şübhəlidir. Hətta son illərdə onun qəbrini açdırıb ölümünün əsl səbəbini öyrənməyə cəhd etsələr də, yenə də tutarlı rəsmi açıqlama verilmədi.
1. Türkiyə istəsə, Kərkük və Mosuldakı hüquqlarını gündəmə gətirərək bu iki şəhəri nəzarət altına ala bilər. Çünki 1926-cı ilin Ankara Andlaşması bu hüququ verir. Mısaki-Milli sərhədləri içərisində qalan Kərkük ilə Mosul 1926-cı ildə bağlanan Ankara müqaviləsi ilə ərazi bütövlüyünün saxlanılması şərti ilə tərk edilmişdi. İraqın ərazi bütövlüyü əsas götürülərək bağlanan müqaviləyə görə, bu gün İraqın parçalanması və bölgənin qanunsuz təşkilatların nəzarətinə keçməsi Türkiyənin hüquqlarını gündəmə gətirir. İraq ərazisindəki xaos və parçalanmalar nəzərə alınsa, Türkiyənin şərt qoyaraq tərk etdiyi bu iki şəhərə qayıdış hüququ qanuni sayılmalıdır.
2. Lozanna sülh müqaviləsi 1923-cü ildə İsveçrənin Lozanna şəhərində, Türkiyə Böyük Millət Məclisinin təmsilçiləri ilə Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika və Yuqoslaviya nümayəndələri arasında imzalanıb. Bu sülh müqaviləsi ilə Türkiyənin sərhədləri müəyyənləşdirilirdi. İraq ilə sərhəddə Mosul ilə bağlı razılaşma əldə edilmədiyi üçün bu məsələ ilə bağlı İngiltərə və Türkiyə hökumətləri öz aralarında görüşüb razılaşacaqdılar. Bu anlaşılmazlıq Mosul probleminə çevrildi.
I Dünya müharibəsi dövründə Osmanlı dövlətinin ərazisi olan Mosul zəngin neft yataqlarının varlığına görə İngiltərə, Fransa və Almaniyanın maraqlarının toqquşma nöqtəsinə çevrildi.

Dəhşətli həqiqətlər: Tuqrut Özalın ölümü ilə Kərkük məsələsi arasındakı bağ

1918-ci il noyabrın 15-də ingilislər tərəfindən işğal edilən Mosul I Dünya müharibəsinin sonunda türk əsgərlərinin nəzarəti altında qalan bir bölgə oldu və Türkiyə Cumhuriyyəti Mosul vilayətinin özünün milli sərhədləri daxilində qaldığını bəyan etdi. Lozanna konfransında qəti qərar verilməsə də, bir il sonra İngiltərə ilə Türkiyə arasındakı görüşlər ilə həll edilməsi qərara alındı. Konfrans başlandığı zaman ingilis hərbçilərin işğalı altında olmayan bölgələrdə qəflətən ingilis ordu birlikləri Süleymaniyə şəhərini top atəşi altına alaraq işğal elədi. Türkiyə bu işğalı etirazla qarşıladı. Türkiyə, həmçinin, ona qarşı silahla hücum edən Assuri qəbilələrini də İngiltərənin silahlandırdığını bildirdi. 1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi. Konfransda türk tərəfi Mosulun tarixi olaraq daima Osmanlı torpağı olaraq qaldığını və I Dünya müharibəsindən sonra da bu vəziyyətin dəyişmədiyini, vilayət əhalisinin üçdə ikisinin müsəlman türk və kürdlərdən ibarət olduğu bu vəziyyətdə tarixi, hərbi və etnik zərurətlərə görə Mosulun Türkiyə sərhədləri içərisində olmasının zəruri olduğunu vurğuladı. İngilis tərəfi türk dövlətinin istəyini qətiyyətlə rədd etdi və İstanbul konfransı dağıldı. Anlaşılmazlıq Millətlər Təşkilatında müzakirəyə çıxarıldı (müasir BMT-nin sələfi – red.). Burada Türkiyə tərəfi İstanbul konfransındakı tezislərini təkrarladı və refendum keçirilməsini tələb etdi. İngiltərə bölgə xalqının şüursuz (?! – red.) olduğunu bildirərək bununla razılaşmadı. Millətlər Təşkilatı məsələni araşdırmaq üçün komissiya qursa da problem həll olunmadı.
Trakya Universitetinin proffesoru doktor Duran 2012-ci ildə mətbuata açıqlamasında 1923-cü il iyulun 24-də imzalanan Lozanna müqaviləsinin müddətinin 100 il olduğunu və andlaşmanın 2023-cü ildə qüvvədən düşəcəyini söyləmişdi. Əlbəttə ki, daha doğrusunu tarixçilər bilər. Lakin Lozanna müqaviləsi ilə Mosul və Kərkük Türkiyənin ərazisindən çıxarılmışdısa, bu 2023-cü ildə müqavilənin qüvvədən düşməsi ilə onun yenidən geriyə qaytarıla biləcəyini göstərir. Mosul barədə Lozannada razılaşmam olmamışdısa, bu da şəhərin alınmasının ingilis işğalı olduğunu daha aydın şəkildə təsdiqləyir və dünya hüququna görə hər bir işğal edilmiş torpaq əzəli sahibinə qaytarılmalıdır.
3. Tuqrut Özal son çıxışlarından birində “Mosul və Kərkük bizimdir, bunu dünya bilir, alacağıq” dedi və ... on gün sonra müəmmalı şəkildə öldü.

Bu onun son vəsiyyəti idi.

2014-cü il, iyunun 30-da “Milliyet” qəzetinin internet səhifəsində “Buş, “Mosul və Kərkük haqqınızdır, alın” söylədi” başlıqlı xəbər verilib. Xəbərdə deyilir: “Tuqrut Özalın baş nazir və prezident olduğu dövrdə qərargah üzvləri arasında olan, ANAP iqtidarı dövründə nazir olan Mehmet Keçeçiler Birinci Köfrəz müharibəsi dövründə o zamankı ABŞ prezidenti Corc Buşun prezident Tuqrut Özala “Mosul və Kərkükdə haqqınız var. Alın və çıxmayın” dediyini bildirib”.
Qəzet daha sonra Keçeçilerin Özal ilə ata Buş arasındakı söhbəti barədə dediklərini yazıb: “Biz Birinci köfrəz böhranı zamanı ABŞ-ı dəstəklədik. Ancaq ABŞ daha artıq dəstək istəyirdi. Müharibənin içərisində olmağımızı istəyirdi. Buş mərhum Özala “Biz cənubdan girəcəyik, siz də şimaldan İraqa girin, Mosul və Kərkükdə haqqınız var. Buraları alın” dedi. Lakin Tuqrut bəy bunun sıxıntı yaradacağını düşünürdü. Çanaqqala Köşkündəki bir iftardan sonra millət vəkili Bürhan Kara “Mosulu və Kərkükü alaq” dedi. Tuqrut bəy bu sözlərdən narahat oldu və bu məsələ ilə əlaqədar danışmaması üçün vəkillərə xəbərdarlıq etdi: “Mosul ilə Kərkükü ağzınıza almayın. Bunlar dəndirlər. Quşlar üçün bu dəni yerə tökərlər. Sonra da dən üçün gələn quşları ovlayarlar”.

Buna bənzər iddialar, şayiələr xəbərə çevrilmişdi.

Birinci Köfrəz müharibəsi zamanı baş nazir olan Yıldırım Akbulut illər sonra bəzi keçmiş ANAP millət vəkilləri ilə söhbəti zamanı Özal ilə Buş arasındakı Mosul-Kərkük dialoqundan danışmışdı:
“Buş: cənab Özal, Şimali İraq ilə Kərkükə girin...
Özal: cənab Buş, bu gün gir deyirsiniz. Sabah da “çıx” deyəcəksiniz.
Buş: kim daxil olduğu yerdən çıxdı ki, siz çıxasınız... Kiprə daxil olduqdan sonra çıxdınızmı?”
Bu gün Amerikanın yaratdığı İŞİD peşmərgənin Mosula və Kərkükə daxilolma səbəbidir. Və ata Buşun dediyi kimi: “Kim daxil olduğu yerdən çıxıb ki, onlar da çıxsınlar?”

Dəhşətli həqiqətlər: Tuqrut Özalın ölümü ilə Kərkük məsələsi arasındakı bağ

Xatırladaq ki, bu ilin iyununda Kərkükün qubernatoru Nəcmələddin Kərim Kərkükdə muxtar regionun yaradılması təklifində təkid etdiyini bildirmişdi. O bəyan etmişdi ki, əyalətin etnik cəhətdən müxtəlif olması özünüidarənin daha düzgün yol olması qənaətinə gətirir. Nəcmələddin Kərim bu açıqlamanı ABŞ-ın Ərbildəki baş konsulu Mattias Mitmanı qəbul edərkən demişdi. Konsul isə öz növbəsində ölkəsinin İraqı vahid və demokratik ölkə kimi görmək istədiyini söyləmişdi. Nəcmələddin Kərim həmçinin, əyalət büdcəsi ilə bağlı bəzi məsələləri müzakirə etmək üçün İraqın baş naziri Heydər əl-Əbadi ilə görüşmək niyyətində olduğunu da bildirmişdi. O hesab edirdi ki, neft ixracına yenidən başlanılacağı təqdirdə bu, həm Bağdada, həm də Ərbilə faydalı ola bilər. İraq parlamentindəki demək olar ki, bütün kürd fraksiyaları isə neftlə zəngin olan Kərkük əyalətinin Kürdistanla inteqrasiyasının tərəfindədirlər. Kərkükün qubernatoru Nəcmələddin Kərim yayın əvvəllərində bəyan etmişdi ki, qarşıdakı referendumda əyalətin qeydiyyatlı seçicilərinin qarşısında üç seçim yolu qoyulacaq: İraqın tərkibində qalmaq, müstəqil region olmaq, yaxud da Kürdistana inteqrasiya etmək. Kərkükün türkmən və ərəb fraksiyaları artıq çoxdandır ki, Kürdistanla inteqrasiya əleyhinə çıxış edirdilər. Türkmənlərin havadan ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələri, qurudan isə İŞİD terrorçuları tərəfindən atəşə tutulduqları barədə http://hurriyyet.org/14326-absh-ve-shd-kerkukde-turkmenlern-soyqrmn-heya... ünvanlı yazıda bəhs etmişdik. Öz müqəddəratını həll etmək üçün referendum keçirmək arzusunda olan bölgədə soydaşlarımızın təmizlənməsinin aparılmasının səbəbləri radial islamçılığın nəzəri problemləri yox, neft və bölgənin kimə məxsusluğu məsələsidir. Ötən əsrin əvvəllərində ingilis işğalçıları Türkiyənin bölgədə referendum keçirmə tələbinin qarşısında əhalini “şüursuz” adlandıraraq təhqir etmişdi. Müasir dövrdə isə Qərb “mədəniyyət” xatirinə referendum keçirmək arzusuna qarşı çıxmır, referendumda səs verəcək seçicilərin sayını və tərkibini “mədəni şəkildə tənzimləyir.”

Hurriyyet.org

12:52