26 April 2018

Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclis Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin edilməsinə razılıq verdikdən sonra, bu hadisə ilə bağlı müsbət fikirlər səsləndirilir, təyinatın uğurlu olduğunu sübut edən kifayət qədər faktlar göstərilir. Doğrudan da, Novruz Məmmədovun həyat və fəaliyyətinə nəzər salanda, öz zəhməti və biliyi ilə keçdiyi yolun məzmunu Baş nazir vəzifəsinə tam layiqli kadr olduğu qənaətini yaradır.

Gürcüstandakı Azərbaycan şirkətlərinin birliyinə yeni rəhbər seçilib—FOTOLAR

Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Şirkətləri və İş adamlarının AZEBİ İctimai Birliyinin İdarə Heyətinin toplantısı keçirilib.

  

Xudaferin.eu APA-ya istinadən  bildirir ki, tədbirdə AZEBİ-yə icraçı direktor vəzifəsinə səsvermə yolu ilə Nəriman Qurbanov seçilib.

Bununla yanaşı sözügedən təşkilatın yeni İdarə Heyətinin üzvləri də seçilib. Həmçinin tədbirdə AZEBİ-nin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, AZEBİ 2009-cu ildə yaradılıb.

Qaymaq və pendir qutularında gizlədilən heroinin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Tehran-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb. Bu zaman monitorda əks olunan təsvirlər gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaradıb.

Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin romanslarını təqdim edir: Bakı, London, Bern

Azərbaycanın Xalq Artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində silsilə konsert proqramına start verir. Müğənni dahi Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynzadənin yaradıcılığına müraciət edib. O, yaradıcılığında klassik bəstəkarlara üstünlük verməsinin səbəbini açıqlayıb: “Üzeyir bəyin tələbələri olan ilk bəstəkar qadınlara - Şəfiqə Axundova, Ağabacı Rzayeva və Ədilə Hüseynzadəyə yaradıcılığımda yer ayırmaq istədim. İlk olaraq bəstəkar Ədilə Hüseynzadənin yaradıcılığına müraciət etdim.

Ermənistanda baş nazir postuna seçkilər mayın 1-də keçiriləcək

Ermənistanın baş naziri ölkə parlamentinin mayın 1-də keçiriləcək xüsusi iclasında müəyyən olunacaq.

Xudaferin.eu TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu aprelin 26-da parlamentin spikeri Ara Babloyan bildirib.

Xatırladaq ki, aprelin 23-də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifətin 10 gün davam edən kütləvi etiraz aksiyalarından sonra baş nazir postundan istefa verib. Nazirlər Kabinetinin başçısı vəzifəsinə isə müvəqqəti olaraq baş nazirin birinci müavini Karen Karapetyan təyin edilib.

İndoneziyada neft quyusunda baş verən partlayış nəticəsində həlak olanların sayı 18-ə çatıb

İndoneziyanın Açex əyalətində neft quyusunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 18-ə çatıb, 40 nəfər isə ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Xudaferin.eu “Kompas” portalına istinadla xəbər verir ki, partlayışın baş verdiyi Pasir Putix kəndində axtarış-xilasetmə işləri davam etdirilir. Bununla yanaşı, həlak olanların sayının artacağı da istisna edilmir. Artıq bir sutkadan çoxdur ki, yanğınsöndürənlər alovun qarşısını ala bilmirlər. Bu ərazidə bir neçə ev yanıb.

“ƏSA” Teatrı ABŞ-da Azərbaycanı təmsil edəcək

Yarandığı gündən yerli mədəniyyətin aparıcı lokomotivinə çevrilən, ölkənin ilk və tək inklüziv teatrı olan “ƏSA” Teatrı ABŞ-da Azərbaycanı təmsil edəcək.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda təşkil olunacaq beynəlxalq layihədə iştirak edəcək.

Xarici turistlər qaxlı sənətkarın hazırladığı milli suvenirlərə böyük maraq göstərirlər

Ağac üzərində oyma sənəti Qax rayonunda dekorativ sənətin ən qədim növlərindən biri sayılır. Tural Mənəfov bu işlə məşğul olan az sayda sənətkarlardandır. Uşaqlıqdan bu qədim xalq sənətinə böyük maraq göstərən Tural 7 ildir ki, ağac parçalarından, taxtadan milli suvenir əşyalar hazırlamaqla məşğuldur.

Paşinyan fikrində qətidir

Ermənistanda keçirilən etiraz aksiyalarının lideri və parlamentin deputatı Nikol Paşinyan vəd edib ki, müvəqqəti baş nazir təsdiq edilməyənə qədər kütləvi nümayişləri davam etdirəcək. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı o, RBK telekanalına müsahibəsində danışıb. 

Paşinyan Respublika Partiyasının onun baş nazir olmasına imkan verməyəcəyi halda etirazlardan əl çəkməyəcəyini deyib. Etirazçıların lideri özündən başqa daha kimləri baş nazir postunda görməsi ilə bağlı sualı belə cavablandırıb:

“Biz bu gün meydanda bu məsələni həll etdik”. 

Ermənistanda etiraz aksiyaları yenidən başladı

Ermənistanda müxalifətin vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb. 

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar.

Onlar Nikol Paşinyanın baş nazir olmasını tələb edirlər. 

“Respublika Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürməyə mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır”, - etiraz aksiyalarının liderlərindən biri olan David Sanasaryan deyib. 

Zvartnots aeroportuna gedən yol tamamilə qapadılıb. 

Azərbaycan Uşaqlar Birliyinin sədri rüşvətxorluqda ittiham edilir

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işinin detalları məlum olub.

Xudaferin.eu-nun Report-a istinadən verdiyi xəbərə görə, ittiham aktına əsasən, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib.

Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkrarən törədib.

Olimpiadaya daha bir lisenziya qazandıq

İtaliyanın Rozeto delyi Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. 

Xudaferin.eu Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan millisi yarışı bir qızıl və bir gümüş medalla başa vurub.

Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. Həmyerlimiz gərgin keçən final döyüşündə hollandiyalı Peer van Yası 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib.

ABŞ qitələrarası raketini sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirib. 

Xudaferin.eu bununla bağlı “RİA Novosti”  agentliyinə istinadla xəbər verir. 

Bu cari ildə ilk belə sınaqdır. Əvvəlki sınaq isə ötən ilin avqustunda baş tutub. Sınaq fevralda nəzərdə tutulsa da, həmin vaxt təxirə salınıb. 

Buraxılmış raketin döyüş başlığı olmayıb. Sınaq uğurla həyata keçirilib. Raket Kaliforniyanın cənubundakı Vanderberq bazasında buraxılıb. 

Xudaferin.eu

Azərbaycanda beş su elektrik stansiyası istifadəyə veriləcək

2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Xudaferin.eu xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə “Şimal-2” elektrik stansiyasının təməli qoyulub:

Hindistanda dəhşətli qəza: 13 uşaq öldü – FOTO + VİDEO

Hindistanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 13 uşaq həlak olub, 7-si yaralanıb. 

Xudaferin.eu “Times of India” nəşrinə istinadla xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Kuşinaqar şəhəri yaxınlığında məktəbli avtobusun qatar ilə toqquşması nəticəsində baş verib. 

Toqquşma zamanı mikroavtobus sürücüsü yüksək sürətlə hərəkət edən qatarı qabaqlamaq istəyib. 

Yerli polisdən verilən məlumata görə, yaralıların bəzilərinin vəziyyəti ağır olduğu üçün ölü sayının artacağı istisna edilmir.

Paşinyanın arxasında duranların kimliyi məlum oldu

Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistan üçün faciəvi nəticələrə səbəb olacaq. 

Xudaferin.eu Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkədə canlı yayıma bağlanan Avropa Erməni Birlikləri forumunun vitse-prezidenti, Ermənistan prezidentinin mili təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Vladimir Poqosyan deyib. 

“Hazırda xoşagəlməz hadisələr baş verir... Birincisi – Nikol Paşinyan artıq ölkə üçün qaçılmaz nəticələrə səbəb ola biləcək ciddi strateji səhvlər buraxıb. 

Alimlər depressiyadan qorunmağın ən sadə üsulunu tapıblar

Fiziki fəallıq istənilən yaşda depressiyadan qorunmağa yardım edir. Bunu ABŞ, Braziliya, Böyük Britaniya, Belçika, İsveç və Avstraliya alimləri açıqlayıblar. 

Xudaferin.eu bununla bağlı EurekAlert nəşrinə istinadla məlumat verir. 

Alimlər dünyanın müxtəlif regionlarında aparılan 49 araşdırmanın nəticəsini birləşdiriblər. 

İki Koreya lideri barışığı “rəsmiləşdirəcək”

Şimali Koreya lideri Kim Çen In və Koreya Respublikasının prezidenti Mun Çje İn aprelin 27-də demarkasiya xəttində görüşəcəklər. 

Xudaferin.eu bununla bağlı Reuters agentliyinə istinadla xəbər verir. 

Gözlənilir ki, liderlərin sammitinin sonunda iki ölkə arasında vacib sənədlər imzalanacaq. 

Məlumatlara görə, Kim Çen Inı səfər zamanı bacısı, 2015-ci ildən Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin rəhbəri olan Kim Ye Çen müşayiət edəcək. 

Sabah 27 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru  bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Səhər zəif duman olacaq. Cənub küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 19-24, Bakıda gecə 9-11, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Fransa Suriyada hərbi iştirakını genişləndirəcək

Fransa Suriyada və beynəlxalq koalisiyada hərbi iştirakını genişləndirəcək.

Xudaferin.eu xəbər verir ki, bunu Vaşinqtonda keçirilən mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib.

"Biz iştirakımızı davam etdirəcəyik, beynəlxalq koalisiyanın yeni çərçivələrində iştirakımızı genişləndirəcəyik", - deyə o bildirib.

Makron həmçinin Parisin ABŞ-ın Suriyanın şimalında, xüsusilə Fərat çayının şərqində olmasını dəstəklədiyini qeyd edib.

xudaferin.eu

Polad Bülbüloğlu: "Böyük Vətən Müharibəsindəki qələbə ümumi qələbədir"

Böyük Vətən Müharibəsində 681 min nəfər azərbaycanlı iştirak edib, onların yarısı evinə dönməyib.

 

Xudaferin.eu -nun Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri,MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu Rusiyanın Bryansk şəhərində keçirilən Qaliblərin Beynəlxalq Forumunun açılış mərasimində bildirib.

 

Atəşkəs rejimi 102 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.

 

Xudaferin.eu nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.