Alimlər depressiyadan qorunmağın ən sadə üsulunu tapıblar

Fiziki fəallıq istənilən yaşda depressiyadan qorunmağa yardım edir. Bunu ABŞ, Braziliya, Böyük Britaniya, Belçika, İsveç və Avstraliya alimləri açıqlayıblar. 

Xudaferin.eu bununla bağlı EurekAlert nəşrinə istinadla məlumat verir. 

Alimlər dünyanın müxtəlif regionlarında aparılan 49 araşdırmanın nəticəsini birləşdiriblər. 

Həkimlər 7 il müddətində psixi cəhətdən sağlam olan 277 min insanı müşahidə ediblər və məlum olub ki, yüksək səviyyədə fiziki fəaliyyət göstərən insanlar cinsindən, coğrafiyasından və yaşından asılı olmayaraq, depresiyyadan uzaq olurlar. 

Alimlər araşdırmaların davam edəcəyini və gələcəkdə ruhi xəstəliklərin qarşısını almaq üçün insanın minimum enerji tələbatı səviyyəsini müəyyən etməyə çalışacaqlarını bildiriblər. Onlar ümid edirlər ki, müşahidələrin nəticələri sağlam həyat tərzinin təbliğinə yardım edəcək. 

Araşdırmaların nəticələri Amerikanın elmi psixiatriya jurnalında dərc edilib.

Xudaferin.eu

13:53