08 December 2017

Azərbaycanlı gənc “Qarabağ” avtomobil modelinin dizaynını hazırladı – VİDEO

Azərbaycanlı gənc Ramil Nəcəfov “Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb.

Gənc deyir ki, dünyada Qarabağın tanınması üçün bu addımı atıblar. Dizaynın hazırlanmasına təxminən 8 aya yaxın müddətdə vaxt sərf edilib.

Xudaferin.eu Xəzər TV-yə istinadən xəbər verir ki, Ramil Nəcəfov dizaynı xarici şirkətlərə göndərib və müsbət cavab alıb. Onun ən böyük arzusu dizayna uyğun avtomobilin istehsal edilməsidir.

Qeyd edək ki, gənc bundan əvvəl bir neçə avtomobilin və qırıcı təyyarənin dizaynını hazırlayıb.

Xudaferin.eu

“Koroğlu” növbəti dəfə Opera və Balet Teatrının səhnəsinə çıxır

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası növbəti dəfə nümayiş olunacaq.

Səhnə əsəri görkəmli müğənni, Xalq Artisti Bülbülün 120 illiyi çərçivəsində təqdim ediləcək.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş səhnə əsərində Koroğlu partiyası Əməkdar Artist Fərid Əliyev tərəfindən ifa olunacaq.

Ölkəmiz növbəti beynəlxalq konfransda təmsil olunub

Rusiyanın paytaxtı Moskvada “Elektron sənədlərin idarə olunmasının aktual problemləri” mövzusunda XXIV Beynəlxalq konfrans təşkil edilib.

Rusiyanın Federal Arxiv Agentliyi və Ümumrusiya Sənədşünaslıq və Arxiv İşi üzrə Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə reallaşan konfransda ölkəmizi Milli Arxiv İdarəsinin əməkdaşı Natiq Eminov təmsil edib.

Konfransda ölkəmizlə yanaşı, Belarus, Almaniya, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Polşa, Sloveniya, Tacikistan, Özbəkistan, Finlandiya və İsveçdən olan aidiyyəti nümayəndələr də iştirak edib.

Niderlandın Leiden Universitetində Azərbaycan ilə bağlı təqdimat olub

Niderlandın nüfuzlu universitetlərindən biri olan Leiden Universitetinin tələbə və müəllim heyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar.

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin ikinci katibi S.Verdiyeva Universitetin beynəlxalq əlaqələr fakültəsinin tələbə və müəllim heyəti qarşısında təqdimat keçirib.

Neyroşəbəkə insanı sözlərarası nəfəs almalar üzrə tanıyacaq

ABŞ-ın Karneqi Mellon Universitetinin tədqiqatçıları neyroşəbəkəyə insanı sözlərarası nəfəs almalar üzrə tanımağı öyrədiblər. Tədqiqatda istifadə olunan uzunmüddətli yaddaşa malik neyroşəbəkəyə ingilis dilində xəbər buraxılışları yüklənib. Bu informasiya əsasında ona nitqi, daha sonra ayrı-ayrı fonemləri tanımaq öyrədilib.

Polşanın baş naziri istefa verib

Polşanın baş naziri Beata Şidlo istefa verib.

Xudaferin.eu bildirir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Hakim “Hüquq və ədalət” partiyasının mətbuat katibi Beata Mazurek jurnalistlərə baş nazirin istefasının qəbul olunduğunu bildirib.

O, həmçinin bu vəzifəyə baş nazirin müavini, maliyyə və inkişaf naziri Mateuş Moravetskinin namizədliyinin irəli sürüləcəyini deyib.

Xudaferin.eu

Almaniyanın partiya lideri “Birləşmiş Avropa Ştatları” yaratmağı təklif edib

Almaniyanın Sosial-Demokratiya Partiyasının sədri Martin Şults Avropada inteqrasiya proseslərinin dərinləşdirilməsini və 2025-ci ilədək “Birləşmiş Avropa Ştatları” yaradılmasını təklif edib.

Xudaferin.eu bildirir ki, bu barədə EU Observer resursu məlumat yayıb. “Federal Avropa yaratmaq üçün konstitusional razılaşma lazımdır”, - deyə partiya lideri deyib.

Brüssel: “Brexit” danışıqlarının ilk mərhələsi yekunlaşıb

“Brexit” üzrə danışıqlarda üç əsas mövzu - vətəndaşların hüquqlarının qarşılıqlı qorunması, İrlandiya sərhədləri və Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağa görə ödəyəcəyi vəsait məsələlərində irəliləyiş əldə olunub.

Xudaferin.eu Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya-Aİ danışıqlarının ilk mərhələsinin nəticəsi üzrə məruzədə yer alıb.

Kaliforniyada meşə yanğınları: ilk insan tələfatı qeydə alınıb

ABŞ-ın Kaliforniya ştatının cənubunda tüğyan edən meşə yanğınları nəticəsində azı 2 nəfər həlak olub. Cəsədlər San-Dieqo şəhərindən təxminən 70 kilometr şimalda aşkarlanıb.

Xudaferin.eu Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu ərəfədə yanğınsöndürənlər daha iki yeni yanğın ocağını qeydə alıb. Beləliklə, yanğınların əhatə etdiyi rayonların sayı 6-ya, ümumi sahəsi 57 min hektara çatıb. Azı 500 evin yandığı, fəlakət zonasından 190 minə yaxın insanın təxliyə olunduğu bildirilir.

İranın böyük şəhərlərində etiraz yürüşləri keçirilir

Dekabrın 8-də İranın paytaxtı Tehran daxil olmaqla Təbriz, Urmiya, İsfahan, Şiraz və başqa böyük şəhərlərdə kütləvi yürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, yürüşə çıxanlar ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması haqqındakı qərara etirazlarını bildiriblər.

Əllərində “Qüdsə azadlıq” şüarları tutan insanlar beynəlxalq təşkilatlardan ABŞ-a təsir göstərməyi tələb ediblər.

Yürüşlər davam edir.

Rabil Kətanov
AZƏRTAC

“Əl-Qaidə” Qüds məsələsinə görə ABŞ-ı hədələyib

Qüdsün Donald Tramp administrasiyası tərəfindən İsrailin paytaxtı hesab edilməsindən sonra “Əl-Qaidə” təşkilatı Vaşinqtonu və Təl-Əvivi terror aktları ilə hədələyib.

Xudaferin.eu Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilat ABŞ-ın, İsrailin və onların müttəfiqlərinin obyektlərinə zərbə vuracağını bildirib.

Xalq Artisti Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələdir

Dekabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan vokal məktəbinin banisi, görkəmli xanəndə, Xalq Artisti Bülbülün 120 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Bülbülün həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə musiqi və onun tədrisi metodikası kafedrasının baş müəllimi Şəhla Quliyeva Prezident İlham Əliyevin 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını xatırladıb.

Putin Ankaraya gedir - Qüds məsələsinə görə

Rusiya Prezidenti Vladimir Putin dekabrın 11-də Türkiyəyə səfər edəcək.

Xudaferin.eu-nun məlumatına görə, V.Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfərin məqsədi Qüdslə bağlı vəziyyəti müzakirə etməkdir.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

İordan çayının qərb sahilində fələstinlilərlə İsrail polisi arasında toqquşmalar davam edir.

Xudaferin.eu

Komandan: Pakistan hətta ABŞ hərbi təyyarələrini vuracaq

Pakistan Hərbi Hava Qüvvələri respublikanın hava məkanını pozan bütün hərbi təyyarələri, o cümlədən ABŞ təyyarələrini vuracaq.

Xudaferin.eu-nun məlumatına görə, bunu Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin komandanı Sühey Aman deyib.

Bu qərarın bir həftə əvvəl Pakistan-Əfqanıstan sərhədində yerə düşən pilotsuz uçuş aparatının aşkar edilməsindən sonra qəbul edildiyi bildirilir.

S.Aman qeyd edib ki, heç bir ölkənin, o cümlədən ABŞ-ın Pakistanın hava məkanını pozma haqqı yoxdur.

Xudaferin.eu

Bədii gimnastika və batut üzrə Azərbaycan birinciliyinə start verilib (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, eyni zamanda, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

Trend-in məlumatına görə, bədii gimnastlar balacalar, yeniyetmələr və gənclər, qrup hərəkətləri komandaları isə yalnız yeniyetmələr və balacalar yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar. İştirakçılar Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport" və "Start" klubları, həmçinin Su İdman Sarayını təmsil edəcəklər.

Kabildə bazarda PARTLAYIŞ - Ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub. Xudaferin.eu-nun məlumatına görə, yerli telekanal partlayış nəticəsində azı 2 nəfərin öldüyü, daha 6 nəfərin xəsarət alması barədə xəbər yayıb.

Məlumata görə, partlayıcı qurğu paytaxt bazarlarından birində partlayıb.

Terror qruplaşmalarından hələ heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Xudafein.eu

Çörçillin eynəyi hərracda 6 min funt sterlinqə satıldı

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillə məxsus gözlüklər hərracda 6 min funt sterlinqə satılıb.

Xudaferin.eu-nun məlumatına görə, gözlüklərin start qiyməti 2 min funt sterlinq təyin olunmuşdu.

Qeyd olunur ki, U.Çörçillin müxtəlif ehtiyacları üçün 3 gözlüyü olub. Bu gözlükləri o, oxumaq üçün istifadə edirmiş.

Xudaferin.eu

Azərbaycanın Tacikistan, Xorvatiya və Litvadakı səfirləri geri çağırılıb

Prezident İlham Əliyev Abbasəli Həsənovun Azərbaycanın Tacikistanda səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Dövlət başçısının digər sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Azərbaycan Vyetnama neft tədarük edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti “SOCAR Trading” Vyetnamın “Binh Son Refining and Petrochemical Co” (BSR) şirkəti və “PV Oil” dövlət neft treyderi ilə neft tədarükü barədə saziş imzalayıb.

Trend-in məlumatına görə, müqaviləyə əsasən, SOCAR Trading 2018-ci ildən 2021-ci ilə qədər 3 milyon barel Azeri Light və 2 milyon barel başqa neft növlərini Dunq Kuat neft emalı zavoduna tədarük edəcək.

Qeyd olunur ki, saziş məcburi qüvvə daşımır.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Vyetnam 4 milyon barel Azərbaycan nefti alıb.

Bu ölkəyə xarici valyuta aparıb-gətirmək sadələşdirildi

2018-ci il yanvarın 1-dən Özbəkistana 2000 dollar ekvivalentində pul keçirmək və ölkədən bu məbləğədək pul çıxarmaq üçün fiziki şəxslərin icbari bəyannamə vermə qaydası ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan prezidentinin “Fiziki şəxslər tərəfindən ölkəyə nağd xarici valyutanın gətirilməsi və ölkədən çıxarılması qaydalarının sadələşdirilməsi” haqqında fərmanında deyilir.

Yeni fərmana əsasən fiziki şəxslər Özbəkistana 2000 dollardan çox pul keçirəcəyi təqdirdə bəyannamə verəcəklər.