Azərbaycanın Tacikistan, Xorvatiya və Litvadakı səfirləri geri çağırılıb

Prezident İlham Əliyev Abbasəli Həsənovun Azərbaycanın Tacikistanda səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Dövlət başçısının digər sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev, həmçinin Həsən Dilsuz oğlu Məmmədzadənin Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xudaferin.eu

19:43