Binəqədidə kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum olub

Mayın 21-də günorta saatlarında paytaxtın Binəqədi rayonunda Əhməd Rəcəbli küçəsi - 304 ünvanındakı kafedə baş verən partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Xudaferin.eu Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı yanmış meyitləri tapılmış şəxslərin 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlu olduğu məlum olub.

Qeyd edək ki, daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılmışdı.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xudaferin.eu

12:09