Bakı metrosunda möhtəşəm yeniliklər gözlənilir

Metronun “Bakmil” stansiyasında təmir-tikinti işlərinin artıq son mərhələsi görülür. Sərnişinləri möhtəşəm yeniliklər gözləyir.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, stansiyada platforma üzərində xüsusi çətirlər quraşdırılıb:

“Bu çətirlər platformada dayanan sərnişinləri yağışlı havadan qoruyacaq. Eyni zamanda çətir kəskin hava şəraitlərində platformanın ətrafında yerləşən stansiya avadanlıqlarının qorunması və sıradan çıxmasının qarşısını alacaq. 

Daha bir yenilik isə sərnişinlərin əvvəlki kimi birinci mərtəbədən yox ikinci mərtəbədən qəbul edilmələri ilə bağlıdır. “Bakmil” stansiyası təmirdən sonra yeniliklərlə sərnişinlərin istifadəsinə veriləcək. Təbii ki, görülən işlər 40 ildir fəaliyyət göstərən stansiyanın memarlıq orijinalının qorunub saxlanması ilə həyata keçiriləcək. Sadəcə olaraq stansiyanın infrastrukturu  tamamilə dəyişiləcək. Stansiyanın istifadəyə verilmə tarixi isə yaxın günlərdə açıqlanacaq”.

Oxu.Az

14:42