Azərbaycandan olan udinlər Türkiyədəki alban kilsəsini ermənilərdən azad etdilər

Qafqaz Udin-Alban Xristianlar Cəmiyyətinin nümayəndələri Türkiyəyə, həmçinin Axtamar kilsəsinə baş çəkiblər.
 
Virtualaz.org Türkiyə KİV-inə istinadən bildirir ki, Cəmiyyətin nümayəndəsi Rafiq Danaqarinin dediyinə görə, Axtamar kilsəsi vaxtilə ermənilərə bağışlanılıb və indi Udin-Alban ziyarətgahının həqiqi sahibləri Türkiyə hakimiyyətindən xahiş edirlər ki, sonradan ermənilərin öz xidmətlərini göstərməyə başladılar bu qədim alban kilsəsində onlara öz dini mərasimlərini keçirməyə icazə verilsin.
 
Cəmiyyətin nümayəndələri kilsəyə Türkiyə və Azərbaycan bayraqları ilə giriblər. Onlar məbədin içərisində dini mərasim keçiriblər.
 
 
“İlk dəfə olaraq Van bölgəsinə baş çəkdik. Uzun müddət idi Axtamar adasındakı Alban kilsəsini ziyarət etmək istəyirdik. 1836-cı ildə Rusiya bütün Alban kilsələrini erməni Qriqoryan kilsəsinin yurisdiksiyasına verdi. Əslində bu ziyarətgah bir alban kilsəsidir və eyni zamanda qıpçaqların və bütün xristian türklərinin kilsəsidir. Təəssüf ki, ermənilər, harada olursa-olsun, xaç görən kimi dərhal kilsəyə öz hüquqları olduğunu bildirirlər. Alban kilsələrinin erməni kilsəsi tərəfindən mənimsənməsi davam edir.
 
Əslində bu ziyarətgah bir alban, eyni zamanda qıpçaqların və bütün xristian türklərinin kilsəsidir”, - deyə Danaqari vurğulayıb.
 
Cəmiyyətin nümayəndələri qeyd ediblər ki, Axtamar kilsəsi onların əcdadları-xaçpərəst albanlar tərəfindən tikilib...
 
 
 
 

 

00:53