Azərbaycanda PKK təbliğatçısı tutuqlandı

Noyabr ayının 29-da PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi tanınan Laçın rayon sakini Müqabil Baxışov həbs edilib. Laçın Rayon Məhkəməsi onun barəsində 2 ay 19 günlük həbs qətimkan tədbiri seçib. Bəzi mətbuat orqanlarında Müqabil Baxışov Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı kimi təqdim olunub. Məsələ ilə bağlı Laçın Rayon Təhsil Şöbəsindən Lacin.info-ya verilən məlumata görə, Müqabil Baxışov heç də Laçın Rayon Təhsil şöbəsinin əməkdaşı deyil.

“RTŞ-nin metodisti Müqabil Baxışov 1 may 2014-cü il tarixdən 6 aydan artıq müddətdə qeyri-müəyyən səbəbdən işə gələmədiyinə, əmək müqaviləsi üzrə öhdəlilklərini yerinə yetirə bilmədiyi və işdə yol verdiyi ciddi nöqsanlara görə 2014-cü ilin noyabr ayının 3-dən tutduğu vəzifədən azad olunub”- deyə Laçın Rayon Təhsil Şöbəsindən bildirilib.

Xudaferin.eu

12:24