Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin bəyanatı

Son günlər Azərbaycanın ictimai və siyasi gündəmində olan aparıcı mövzulardan biri də, “Lider TV” kanalının Moskva üzrə xüsusi müxbiri Anar Həsənovun Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova Qarabağla sualı və XİN başçısının ona verdiyi cavabdır. Bu cavabda birbaşa Rusiyanın rəsmi mənafeyi ifadə olunub: “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” deməklə əslində Lavrov Kremlin Azərbaycanın ərazi bütövlüyünə zərbə vurduğunu sübuta yetirdi.

Göründüyü kimi bütün hadisələr elə bu səbəbdən ictimai və siyasi çevrələrin müzakirə mövzusu olsa da, min dəfələrlə təəssüflər olsun ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə gənc və vətənpərvər jurnalist Anar Həsənov tutduğu vəzifəsindən “qovulub...”
Bizi ən çox ilgiləndirən Moskva şəhər və vilayətində 13 milyonluq əhalinin 14 faiznin, yəni 2 milyon 300 min nəfərə qədərinin soydaşlarımızın- azərbaycanlıların olması faktıdır. Bunun özü sübut edir ki, Moskva və vilayətdə ruslardan sonra əhalinin etnik tərkibinə görə ikinci yerdə azərbaycanlılar gedir. Belə olduğu təqdirdə Moskva şəhəri və vilayətində diaspor təşkilatlarımızın, Rusiya boyunca fəaliyyət göstərən digər diaspor şəbəkələrimiz Sergey Lavrovun (əsil soyadı Kələntəryandır) Azərbaycan dövlətinə, 23 ildən çoxdur erməni işğalı altında inləyən torpaqlarımıza, Qarabağımıza bu qədər təhqiramiz yanaşma tərzində çıxış etməsinə görə onun bu mövqeyinə qarşı aksiya keçirənlər olmadılar. Adicə bəyanatlar belə verilmədi. Azərbaycan hakimiyyəti isə olduqca qorxaq mövqe sərgiləməkdədir.
Avropada  “Azərbaycanın Dostları” Cəmiyyəti təşkilatı belə hesab edir ki, Azərbaycan dövlətinə və erməni işğalı altında olan ərazilərimizlə, xüsusilə də Qarabağla bağlı hər hansı bir beynəlxalq yalnış yanaşmalara kimliyindən, siyasi və ictimai mənşəyindən asılı olmayaraq, hər bir azərbaycanlı buna qarşı etiraz səsini ucaltmalı, lazım gələrsə ictimai qınaq formasında hamılıqıa aksiyalar keçirməliyik. Qəflət yuxusunda olan diasporumuzu isə hər addımda silkələməliyik. Azərbaycan hökuməti Qarabağın işğalında və Xocalı soyqırımında Rusiya Federasiyasının mühüm rol oynadığını acıq şəkildə bəyan etməldir.
Bizim fikrimizcə “Lider TV” kanalının xüsusi müxbiri Anar Həsənova qarşı Azərbaycan hakimiyyətinin bu qədər rəzil addım atması yolverilməzdir. Üzümüzü Azərbaycan hakimiyyətinə tutaraq deyirik, 23 ildir diplomatik danışıqlar masasında Qarabağla bağlı hansı problemlər çözülüb? Nə kimi uğurlara imza atmısınız? Qondarma “sülh missiyası” adı altında nələrə nail olmusunuz? Sulların sayı minlərlərdir. Həll olunmayan ağrımız, yəni Qarabağ mısələmizdir”. Sizdən yalnız cəsarət tələb edirik. Hər bir vətəndaşımızı qorumaq isə Prezidentin Konstutisiya borcudur.

Elman Mustafazadə,
Hollandiya, Amsterdam şəhəri,
Avropada  “Azərbaycanın Dostları” Cəmiyyəti

11:15