Avropa Gimnastika İttifaqının nümayəndələri Bakıda görüş keçiriblər

Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri Bakıda səfərdə olublar.

Xudaferin.eu xəbər verir ki, mayda paytaxtımızda təşkil olunacaq iki Avropa çempionatının təşkilati məsələlərinin müzakirəsi üçün ölkəmizə səfər edən nümayəndələr Azərbaycan Gimnastika Federasiyasının yerli Təşkilat Komitəsi ilə iki görüş keçiriblər.

Aerobika gimnastikası və bədii gimnastikaya həsr olunan iclaslarda əsasən zalın hazırlığı, media, akkreditasiya məsələləri, könüllülərlə iş və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

UEG-in bədii gimnastika üzrə Texniki Komitəsinin prezidentinin başçılığı ilə məhz bədii gimnastika üzrə Avropa çempionatına dair iclas keçirilir. İclasda Texniki Komitənin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri iştirak edirlər.

Xudaferin.eu

16:52