Atletimiz Azərbaycan bayrağı ilə Parisdə 42 kilometr qaçıb

Parisdə sayca 14-cü Beynəlxalq marafon baş tutub. Marafonda Azərbaycan da daxil olmaqla 145 ölkədən olan 57 min atlet iştirak edib. 

Xudaferin.eu haqqin.az-a istinadən xəbər verir ki, yarışda ölkəmizi Elşən Quliyev təmsil edib. O, 42 km 195 metr qaçaraq finiş xəttini keçib və medal qazanıb.  

O, bütün məsafəni çiynində Azərbaycan bayrağı ilə qaçıb. Marafon qaçışı Yelisey bağlarından başlayaraq Triumf arfasının yanında başa çatıb. Marafonu 250 min insan müşahidə edib. 

Keçən il E.Quliyev Bakıda və Moskvada marafonlarda iştirak edib. Aprelin 30-da o, yenidən Bakı, mayda isə Kiyevdə keçiriləcək marafonda iştirak etməyi planlaşdırır. 

Xudaferin.eu

19:40