ABŞ-ın silahlandırdığı terrorçular 51 uşağı, 43 qadını, ümumilikdə, 407 nəfər dinc vətəndaşı qətlə yetiriblər

 

 

Türkiyə DİN PKK-nın Suriya qolu, ABŞ-ın silahlandırdığı PYD/YPG-nin cinayətləri barədə hesabat hazırlayıb. Türkiyənin Daxili İşlər Nazirliyində hazırlanan, PKK-nın Suriya qolu ilə bağlı 68 səhifəlik, 2017-ci il may tarixli hesabatda 51 nəfəri uşaq, 43 nəfəri qadın olmaqla, ümumilikdə 407 nəfər dinc vətəndaşın PYD/YPG terrorçuları tərəfindən öldürüldüyü, bunlardan 16 nəfərinin işgəncə ilə qətlə yetirildiyi barədə məlumat verilir. Hesabatda, PYD/YPG terror təşkilatının PKK-nın həbsdə olan cinayətkar başçısı Abdullah Öcalanın təlimatı ilə birbaşa PKK tərəfindən qurulduğu qeyd edilib.

“PKK/KSK terror təşkilatının Suriya qolu: PYD/YPG” adlanan hesabatda təşkilatın yaradılması, meydana gəlməsi, idarəçiləri və terror aktlarına dair məlumatlar verilib. Helin Şahinin “Habertürk” qəzetindəki yazısında deyilir ki, türk və ingilis dillərində hazırlanan hesabatda PYD/YPG terror təşkilatının 2011-ci ildən sonra Suriyada baş verən daxili müharibə şəraiti səbəbilə hakimiyyət boşluğu yarandıqdan sönra PKK terror təşkilatının başçısı Abdulla Öcalan tərəfindən birbaşa PKK tərəfindən yaradıldığı bildirilir.

17 yaşlı qız edam edildi

 

PYD/YPG-nin son üç ayda Türkiyəyə qarşı 14 hücum həyata keçirdiyi bildirilən hesabatda təşkilatın qadın və uçaqları istismar elədiyi də vurğulanıb. Hesabatda, çox sayda qız uşağının qaçırılaraq, İraqın şimalındakı PKK düşərgələrinə aparıldığı bildirilib.

51 nəfəri uşaq, 43 nəfəri qadın olmaqla, ümumilikdə 407 nəfər dinc vətəndaşın PYD/YPG terrorçuları tərəfindən öldürüldüyü bildirilən hesabatda, 17 yaşlı bir qızın 9 dəfə PKK düşərgələrindən qaçmağa cəhd elədikləri üçün silahla başından vurularaq edam edildiyi barədə məlumat verilir. 2016-cı ilin yanvarına qədər 88 nəfəri qadın olmaqla 651 nəfərin təşkilat tərəfindən qaçırıldığına diqqəti cəlb edərək, YPG-nin özünə rəqib gördükləri bəzi təşkilatlara mənsub adamları da edam elədiyi bildirilib.

Açılmamış cinayətlər də var

Hesabatda, YPG-nin nəzarəti altında olan bölgədə, açılmayan bir çox qətl və insanların itkin düşməsi hadisələri olduğu ifadə edilir, 9 yaşayış məntəqəsinin təşkilat tərəfindən xaraba qoyulduğu, 19 kəndin yox edildiyi və ən azı 49 yaşayış məntəqəsindəki xalqın sürgün edildiyi vurğulanır.

Hesabatda PKK/KCK ilə PYD/YPG-nin ikisinin də eyni təşkilat olduğuna aid məlumatlar verilərək, təşkilatın nəzarətində olan Tel-Abyadın girişində PKK-nın həbsdə olan başçısı Abdullah Öcalanın posterinin asılı olduğu, Afrində də Öcalanın posterinin şəhərin bəzi nöqtələrindən asıldığı fotoşəkillərlə bildirilib.

 

Hurriyyet.org

 

09:34