50 minlik ordu qondarma “Kürdüstan”a qarşı hərəkətə keçdi

 

50 min nəfərlik İraq ordusu Türkiyə ilə yeni sərəd qapısı olacaq Ovaköyün qarşısındakı Dayrabun və Baciddə əməliyyata hazırlaşır. Bərzaninin İraqı parçalamaq məqsədli referendum həmləsinin ardından bölgəyə yönəlik sanksiyalar çərçivəsində Türkiyə Habur sərhəd qapısına alternativ olan Ovaköyü həyata keçirəcək. Sərhəd bölgəsində infrastruktur işləri başlayarkən İraq ordusu da buranı işğal altında saxlayan Bərzani Peşmərgəsinə qarşı əməliyyata hazırlaşır.
 

İŞİD-ə qarşı mübarizə aparan 50 minlik İraq ordusu Haviceyi terrorçulardan təmizlədikdən sonra üzünü Bərzani işğalındakı Mosul, Kərkük, Diyala, Dayrabun və Bacide yönəltdi. Dayrabun və Bacid inşası nəzərdə tutulan Ovaköy Sərhəd Qapısının yaxınlığında yerləşir. Bölgədəki işğalçı kürd peşmərgə silahlı dəstələri Bağdad rəhbərliyinə "Bura bizim nəzarətimizdədir və əraziyə yaxınlaşan kim olsa, vuracağıq" deyə, təhdid etmişdilər. İraq hökumətindən isə cavab gecikmədi: "Təhdidlərə boyun əyməyəcəyik, mübahisəli regionlardan çəkilin"!

Bərzani vahimə içində

İraq Mərkəzi Hökumətinin yaydığı ultimatum səviyyəli bəyanat göstərir ki, sərhəd qapıları, neft sahələri və hava limanlarının təhvil verilməsi məsləsi Bağdad üçün prioritet təşkil edir. Türkiyə və İraq arasında Habur Sərhəd Qapısını oyundan kənar edəcək olan Ovaköy məsələsində əsasən razılıq əldə olunub. Bununla can damarının kəsiləcəyini anlayan Bərzani cəbhəsində panika başladı. Ümumi əsgər sayı 130 min olan kürdlərin silahlı peşmərgə dəstələri ilə İraq ordusu arasında münaqişənin an məsələsi olduğu bildirilir. Hazırda 50 min nəfərlik qüvvə ilə əməliyyatı davam etdirən Bağdad, bölgəyə əlavə 70 minlik qüvvə ilə kömək edə biləcəyini qeyd edib. Mərkəzi ordu bütövlükdə isə 220 min əsgərdən ibarətdir.

Kərkük işğal altında
 

Hazırda İraq Türkmanlarının tarixi torpaqları olan Mosul, Kərkük və Diyalada 1500-dən çox kürd terrorçu birləşmələri olan peşmərgə gücləri yerləşir ki, onlar da ölkənin ən mühüm neft yataqlarının nəzarətini əlində saxlayır. İŞİD bəhanəsi ilə buralara yerləşən peşmərgə, terrorçular təmizlənməsinə baxmayaraq bu şəhərləri tərk etməməkdə israr edir. Kərkükdə peşmərgəyə İraq qoşunlarının əməliyyata başlama ehtimalına qarşı "hazır olun” göstərişi verilib. İŞİD-ə qarşı İraq ordusu ilə birlikdə hərəkət edən Haşdi Şabi milis güclərinə isə "Telafer, Tuzhurmatu və Tazehurmatudan çıxmayın" tapşırığı verilib. Bərzani onun hərbi və siyasi müttəfiqlərinin “məzhəb savaşı” “kozır”ını əlindən almaq üçün peşmərgə qarşısına yalnız mərkəzi ordu əsgərləri çıxacaq.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:41