Yunan nazirdən Türkiyəyə qarşı təhrikedici açıqlamalar

 

 

Kipr məsələsi ilə bağlı mühüm görüşlərin nəticəsiz olmasından sonra Kipr adasında təbii qaz axtarışlarına sürətlə başlayan Cənubi Kipr Yunan Muxtariyyəti Türkiyəyə qarşı təhrikedici açıqlamalar verib.

Kipr üçün mühüm olan danışıqların nəticəsiz qalmasından sonra Ağ dənizdə vəziyyət gərginləşir. Cənubi Kipr rəhbərliyinin Ağ dənizin şərqində təbii qaz axtarışı üçün geoloji kəşfiyyat aparmaq məqsədilə qazma işlərinə başlamasından sonra Türkiyənin gəmisi “Gökçeada”, “West Capella” (Vest Kapella) adlı gəmini izləməyə başlamışdı. Bu hadisədən sonra Cənubi Kipr yunan rəhbərliyi açıqlama verib. Bəyanatı Cənubi Kipr yunan rəhbərliyinin müdafiə naziri Kristoforos Fokoaides yayıb. “Gökçeada” gəmisinin qazma geoloji kəşfiyyat işlərinə təsiri olmadığını bildirən Fokaides, yunan rəhbərliyin gərginliyin artmasında maraqlı olmadığını, lakin Ankaranın bu addımını “Enerji planını təxirə salmaq üçün” atdığını iddia edib. “Kipris meyl onlayn” (Cyprus Mail Online) xəbər saytında isə yunan enerji naziri Yorqia Lakkotripisin açıqlaması verilib. Lakkotripis, qazma işlərinin ən geci bazar günü başlanacağını deyib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:34