Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.
Son məlumatlarda təbii fəalkətin baş verdiyi Fukuoka və Oiçi prefekturalarında 29 nəfərin həlak olduğu bildirilirdi. Daha 10 nəfəri isə hələ də tapmaq mümkün olmayıb. Özünümüdafiə qüvvələri, polis və yanğınsöndürmə dəstəsinin iki mindən çox əməkdaşı təbii fəlakət zonasında axtarışları davam etdirir. Kyuşu adasında iyulun 5-dən başlanan leysan yağışlar çoxsaylı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Evlər, avtomobil və dəmir yolları dağılıb.
Yaponiyada daşqınlar sonucunda 32 nəfər öldü

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”
09:22
Digər xəbərlər