Yaponiya, ABŞ və Güney Kore üçtərəfli sammit keçirəcəklər

 

 

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp gələn həftə Almaniyada keçiriləcək G20 sammiti çərçivəsində Quzey Kore məsələsini müzakirəsi etmək üçün Güney Kore lideri ilə üçtərəfli sammitin keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə Ş.Abe ilə D.Trampın telefon danışığı zamanı razılıq əldə edilib. Təqribən 30 dəqiqə davam edən danışıq zamanı Ş.Abe ABŞ-ın Çinin Quzey Korenin raket və nüvə proqramlarına yardım edən iki şirkətinə və iki vətəndaşına qarşı sanksiya tətbiq edilməsi barədə qərarını alqışladığını deyib. Baş nazir Yaponiyanın Pxenyana təzyiqin artırılması üçün ABŞ və Güney Kore ilə birlikdə fəaliyyət göstərməyə hazır olduğunu bildirib. D.Tramp isə Güney Kore prezidenti Munçje İn ilə ötən həftə təşkil olunan görüşündən razı qaldığını deyib.

Bundan əlavə, iki ölkə lideri Yaponiya, ABŞ və Güney Korenin beynəlxlaq ictimaiyyət tərəfindən KXDR-a təzyiqlərin gücləndirilməsi üçün əlbir çalışmaq, həmçinin Quzey Kore probleminin həllində Çinin daha fəal iştirakına nail olmaq istiqamətində səylərin artırılması barədə də razılıq əldə ediblər.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:22