Xəstəxanalar, musiqi və idman məktəbləri də pullu olacaq
Azərbaycanda gəlir gətirən bir neçə dövlət müəssisəsi müştərək maliyyələşmə mexanizminə keçəcək. Bu sahələrə məktəbəqədər uşaq başçaları, musiqi və idman məktəbləri aiddir. Bunu maliyyə naziri Samir Şərifov parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib. Samir Şərifov müştərək mexanizmlə bağlı təkliflə əslində validenylərə işarə edir. O, övladını musiqi, idman və uşaq bağçalarına yönləndirən valideynlərə açıq şəkildə bəyan edir ki, təlim aldıqları dövlət müəssisələri əslində ödənişli sistemə keçir. Müştərək sistem dedikdə 50 faiz paralel olmaqla həmin müəssisənin təminatı məsələsi önə gətirilir. Maliyyə nazirinin belə təşəbbüs irəi sürməsi bütünlüklə yükün dövlətin üzərindən götürülməsi anlamına gəlir. O, bazar iqtisadiyyatına keçidi əsas gətirərək, müştərək təminatın məqbul addım olduğunu irəli atır. Ekspertlər hesab edir ki, müştərək maliyyələşmə mexanizminə keçidə əsas səbəb xeyli kəsiri olan dövlət büdcəsini doldurmaq xarakteri daşıyır. Nəzərə alaq ki, dövlət büdcəsi 2016-cı illə müqayisədə xeyli azalıb. Bu il üçün dövlət 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablamışdı. Bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi məhz bu məqsədlərə xidmət edir ki, bundan da əziyyət çəkən əhali olacaq. Hökumət atacağı bu addımla valideynlərin zəif nəbzinə vurmuş olur. Bilir ki, övladlarını müxtəlif tipli sahələrə meylləndirən valideynlər istər-istəməz uşaqlarının gələcəyini yarım kəsməyəcək və müştərək maliyyələşməyə məcburi də olsa gedəcək. Bu günlərdə mavi qazın, elektrik enerjisinin, dərman preparatlarının qiymətlərində edilən artımlar, dövlət bağçalarının puplik şəxsə çevrilməsi də büdcə kəsirlərinin doldurması ilə bağlı atılan addımlardır. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə deyib ki, reallıqda onsuz da valideynlər övladlarını bu müəssisələrə göndərəndə oranın rəhbərliyindən tutmuş, tərbiyəçilərə qədər hər ay müəyyən məbləğdə pul ödəyirlər. Amma bu hər ailənin büdcəsinə uyğun olaraq kiçik məbləğdir, 10-20 manat məbləğində... Amma əgər nazirin dediyi kimi olsa, rəsmi ödənilən məbləğ artacaq ki, bu böyük sayda insanın təhsildən məhrum edilməsinə gətirib çıxaracaq. Bu gün 70 faiz insanın orta aylıq gəliri heçdə imkan vermir ki, onlar ayda 300 manat bağçaya pul ödəsin. Bu vəziyyət eləcə də musiqi və idman məktəblərinə aiddir. Övladını idman və musiqi məşğələsinə göndərən valideyn büdcəsinə baxaraq hərəkət edəcək. Əgər dövlətlə müştərək səviyyədə addımlasa, sosial vəziyyəti gərginləşəcək. Yəni əlavə xərcləri yaranacaq. İlk vaxtlarda çətinlik çəkməsə də, mütəmadi xərclər istər-istəməz ailələri yoracaq. Əlbəttə ki, bu ən çox musiqi məktəblərinə təsir göstərəcək. Bilirsiz, heç bir valideyn əlavə pul verib övladını gələcək perspektivi olmayan musiqi məktəbinə oxumağa qoymaz. Bu sahə dövlətin mədəni həyatında mühüm rol oynayır. Bu sahə üzrə kadr hazırlığını həyata keçirir. Hesab edirəm ki, bu addım ölkənin mədəni həyatında geriyə doğru addım olacaq. Onsuzda bu sahəyə gedən abituriyentlərin sayı ildən ilə sürətlə azalır. Bu addım tamamilə musiqi sahəsinə gedənlərin qarşısını alacaq”.
Ekspert əlavə edib ki, bu gün dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil aşağı səviyyədədir: “Bundan başqa, bu müəssisələrdə kadr hazırlığı aşağı səviyyədə təşkil olunub. Kim övladını bu qədər yüksək məbləğə aşağı təhsil olan yerə göndərər ki? Bundan başqa, nazirlik bu addımla dövlətin mübarizə apardığı repititorluğa daha geniş şərait yaradır. Hesab edirəm ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsində dəyişiklik etməkdənsə, burda təhsilin vəziyyətinə xüsusi diqqət yetirmək lazımdır. Hesab edirəm ki, bu addım ölkədə təhsilin inkişafına ciddi zərbə vuracaq”.
Əksəriyyət təhsildən kənarda qalacaq
Kamran Əsədov sözügedən məsələnin dövlət büdcəsi ilə bağlı olduğunu da önə çəkib. O, deyib ki, bu büdcənin gəlirləri və xərcləri məsələləri ilə bağlıdır: “Amma düşünmürəm ki, müsbət təsir göstərsin. Çünki bu addım atılandan sonra heç də o demək deyil ki, bütün valideynlər yenə də öz övladını musiqi təhsili müəssisələrinə göndərəcək. Əlbəttə ki, bu zaman kütləvi şəkildə azalma müşahidə olunacaq ki, yenə də maliyyə yükü dövlət büdcəsinin üzərinə düşəcək. Mən ölkədə baş verən devalvasiya, iqtisadi böhrandan başa düşdüm ki, bu maliyyə sahəsində rəhbər olanlar indi ləğv etmək üçün bütün imkanları ilə mübarizə apardıqları təhsildə oxumayıblar. Yəni onların normal təhsilləri yoxdur. Əgər olsaydı, dövlət onların səriştəsizliyi ucbatından bu ağır vəziyyətə düşməzdi. Yaxşı olardı ki, aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələri təhsil alan azərbaycanlı insanlara maneə olmaqdansa, özlərinin savadlanması istiqamətində iş görsünlər”.

Alçina Amilqızı
Cebhe.info
13:37
Digər xəbərlər