Vokalçılar Təranə Mahmudova və Elbəy Məmmədzadənin konserti maraqla qarşılanıb

 

Bu günlər Azərbaycanda daha bir beynəlxalq tədbir - 12-ci Bakı Beynəlxalq Caz Festivalı keçirilir. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşıb.

Festival çərçivəsində oktyabrın 23-də “Landmark”da vokalçılar Təranə Mahmudova və Elbəy Məmmədzadənin konserti olub. Caz axşamında Təranə Mahmudovanı pianoda Elbəy Məmmədzadə, bassda Levan Deisadze və zərb alətlərində Zaza Tsertsvadze müşayiət ediblər. İfaçı milli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz əsərlərini də səsləndirib. Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edirlər.

Xudaferin.eu
“Bakı Bürosu”

09:28