Venesuelada etiraz aksiyaları zamanı həlak olanların sayı 100 nəfərə çatıb

 

 

Venesuelada hökumət əleyhinə aprel ayından başlayan kütləvi etiraz aksiyaları zamanı həlak olanların ümumi sayı 100 nəfərə çatıb.

Yerli prokurorluğun məlumatına əsasən, həyatını itirən sonuncu şəxs 15 yaşlı gənc olub. Onun ölüm səbəbləri barədə məlumat verilmir. Venesuelada ali məhkəmənin müxalif Milli Assambleyanın fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmaq barədə qərarından sonra aprel ayından başlayan kütləvi etirazlar davam etməkdədir. Qərar ləğv olunsa da, müxalifət tərəfdarları məhkəmə üzvlərinin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxırlar. Hazırda onlar təsis yığıncağının çağırılmasını konstitusiyanı dəyişdirmək cəhdi hesab edərək ona qarşı etirazlarını bildirirlər.

Xatırladaq ki, bir müddət əvvəl müxalifətin bununla bağlı keçirdiyi referendumda iştirak edənlərin 98 faizi Konstitusiya Assambleyasının çağırılmasının əleyhinə səs veriblər. Referendumun nəticələrini tanımayan Venesuela prezidenti Nikolas Maduro isə seçkiləri iyulun 30-da keçirməkdə israrlıdır.

Xudaferin.eu
“Amerika Bürosu”

09:29