Venesuelada anti-hökumət nümayişlərində ölənlərin sayı 100-ə çatdı

 

Venesuelanın sosialist hökumətinə qarşı etiraz dalğası zəminində ölənlərin sayı 100-ə çatıb. Polislə toqquşmada son qurbanlardan biri 15 yaşlı oğlan olub. Yeniyetmə cümə axşamı Venesuelanın qərbində Zulia ştatındakı nümayiş zamanı qətlə yetirilib. Müxalifət tərəfdarları ölkədə 24 saatlıq tətil elan ediblər.

Burada aclıqdır. Onlar isə bizi balaca ərzaq kisəsi ilə satın almağa çalışırlar. Xeyr, cənab! Biz küçələrdən çəkilməyəcəyik. Başqa bir kişi Karakas civarında baş verən nümayişdə dörd güllə ilə vurulduqdan sonra həlak olub. Rəsmilər bundan öncə tətillə bağlı nümayişlərdə iki adamın öldürüldüyünü xəbər vermişdilər. Bütün Venesuela boyu şəhərlərdə insanlar barrikadalar quraraq müxalifətin sosialist prezident Nikolas Maduroya qarşı etiraz çağırışlarına səs veriblər. Nümayişçilər bir çox məkanlarda polislə toqquşublar. Maska geymiş gənclər küçələrdə təkərləri yandıraraq iğtişaş polisini daşa basıblar. Polis gözyaşardıcı qazla həmlələrə cavab verib.

Müxalifət fətərəfdarları bir insidentdə polis budkasını yandırıblar. Bir neçə adam həbs olunub. Nümayişçilər habelə dövlət televiziyası VTV-nin baş qərargahına daş atıblar. Neftlə zəngin Venesuelada sosialist hökumətin iqtisadi siyasəti aclığa yol açıb.

Karakasda “Amerikanın Səsi” radiosuna danışan yerli sakin Maduronun son güzəştlərinin onun könlünü almayacağını deyib: “Burada aclıqdır. Onlar isə bizi balaca ərzaq kisəsi ilə satın almağa çalışırlar. Xeyr, cənab! Biz küçələrdən çəkilməyəcəyik.”

Son ölüm halları yüksək rütbəli Venesuela diplomatının BMT-dəki vəzifəsindən istefa verdiyi fonda cərəyan edir. Mülki vətəndaşlara qarşı Maduro hökumətinin təqiblərini “dövlət terrorizmi” adlandıran İsayas Medina Venesuelanın “iflasa uğramış” dövlət olduğunu bildirib.

Amerikaninsesi.org

09:21