Vaşinqtonda soydaşlarımız Ermənistana üsyan püskürdülər

 

 

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında İrəvanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib.

Qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər. Bu etiraz aksiyasına qatılan soydaşlarımız bildiriblər ki, Ermənistan sadəcə işğalçı ölkə deyil, həm də körpə uşaqların qatilinə çevrilmiş bir diktator rejimi ilə idarə olunur. Ermənistan düz 25 ildir başda BMT olmaqla beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, 25 faiz ərazilərini işğal altında saxlamaqda davam edir. Bütün bunlar azmış kimi, bir milyon beş yüz mindən çox Azərbaycan vətəndaşlarını doğma torpaqlarından didərgin salıb. Beynəlxalq birliyin hətta sülh təşəbbüslərinə belə məhəl qoyulmur. Cəhbə bölgələrinə yaxın ərazilərdə yaşayan dinc sakinləri, hətta körpə uşaqları belə, qətlə yetirməkdən usanmır. Ermənistanın işğalçı və uşaq qatili olmasını dünya birliyi son olaylarda bird aha şahidi oldu.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

09:44