Urmu səhnəsində Türkcə tamaşa

İlk addım kimi “Məlik Məhəmməd” əsəri oynanıldı
 

Güney Azərbaycanın Urmu şəhərindəki “Vəhdət” salonunda “TURAN” Qrupu tərəfindən “Məlik Məmməd” nağıılının motivləri əsasında Azərbaycan Türkcəsində yeni teatr tamaşası səhnələşdirilib.

Vəli Lütfduxtun yönətməni (rejissor) olduğu “Məlik Məhəmməd” nağıl tamaşası Türk oynanılıbdır. Tamaşanın mövzusu Azərbaycanın yerli əfsanələrindən götürülüb. Əsərin məzmunu istibdada qarşı mübarizədən ibarətdir. Bu folklor əsər 20 il sonra yeni bir formada, fərqli geyim və səhnə dizaynı ilə Urmuda yerli teatr sevərlər tərəfindən yenidən nümayiş etdirilir.

“Məlik Məhəmməd” nağıl-tamaşası “TURAN” Tamaşa Qrupunun sıralarında təmsil olunan yerli aktyorlar tərəfindən icra olunur. Tamaşanın rejissoru bildirib ki: “TURAN” Tamaşa Qrupu 8 il öncə, 15 incəsənət xadiminin iştirakı ilə fəaliyyətə başlayıb. Məqsəd yerli mədəniyyəti yaymaq və bölgədə teatr sənətini inkişaf etdirməkdir.”

“Şənqul-mənqul”, “Turan qartalı”, “Saray”, “Yaz elçisi”, “Ozansız yurd”, “Bir bayraq altında”, “Saz”, “Yenə yapraqlar düşür”, “Fərhad və Şirin” və “Qanlı Bayraq” kimi əsərlər məhz “TURAN” Tamaşa Qrupunun haqzırladığı və oynadığı ən önəmli tamaşalardandır.

“Məlik Məhəmməd” nağıl-tamaşası iyunun 18-dən 24-nə kimi Urmudakı “Vəhdət” salonunda tamaşaçılar tərəfindən çox böyük coşqularla qarşılanmışdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

10:13