Tutuqluların hamısı mollakratiya rejiminin Yəzd zindanında saxlanılırdı

2004-dən bəri həbsdəki milli fəallardan üçü sərbəst buraxılıb

2004 ilində Güney Azərbaycanın Qoşaçay şəhərinin Üçtəpə kəndində İran mollakratiya rejiminin hərbi qüvvələri tərəfindən həbs edilən milli fəllardan üçünün keçən günlərdə sərbəst buraxılmışdır. Tutuqlulardan Səhənd Əli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadüllah Qasımzadə sürgündə həbsdə olduqları Yəzd zindanından təqribən 10 gün öncə azad olunublar.

2003-cü ildə Üçtəpə kəndində yaşayan bir qrup vətəndaş məruz qaldığı ayrı-seçkiliyə təpki göstərək, İİran mollakratiya rejiminə etiraz məzmunlu birgə bəyanat yaymışdı. Bəyanatın yayılmasından sonra kənd əhalisi dəfələrlə təhlükəsizlik və hərbi qüvvələrin basqı və hücumlarına məruz qalıb. 2004-cü ilin noyabr ayında hərbi qüvvələrin kəndə hücumu nəticəsində bir neçə nəfər öldürülmüş, Mehdi Qasımzadə, Yunus Ağayan Səhənd Əli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadüllah Qasəmzadə adlı vətəndaşlar isə həbs edilmişdilər. Mehdi Qasımzadə daha sonra edam edilib, Yunus Ağayanın edam hökmü keçən il ömürlük həbsə çevrilib.

Qeyd edək ki, Güney Azərbaycanın Zəngan, Qəzvin və Həmədan kimi vilayətlərindən əlavə, Tehran, Xorasan və Kürdüstan bölgələrində “Güney Azərbaycan Milli Hərəkatı”nın davasını aparan milli fəalların yaratdıqları “Qızılbaş əhli-haq”, “Goran” və “Əliallahı” kimi inanclı qruplar düz 37 ildir mollakrat rejimi tərəfindən daim təqib olunurlar.

Xudaferin.eu

Güney Azərbaycan, “Təbriz Bürosu”
 

09:26