Türkün yalançı tarixə, Türkcənin də uyduruq üstünlüklərə gərəksimi yoxdur

Finlandiya, Helsinki

Keçənlərdə əski yoldaşlardan biri Türkcəylə ilgili YUNESCO paylaşılan uydurqu bir yazını məndən istədi (Türkcə dünyanın üçüncü dili, farsca ərəbcənin 23-cü ağzı...). Mən də onun uduruq olduğunu yazdım.

Birinci, YUNESCO kəsinliklə hansısa bir dili başqa dillərdən üstün tutacaq, bir anlayışa qol qoymaz. YUNESCO dünyada var olan bütün dillərin insanlığını uyğarlığı olduğunu bildirər, bundan dolayı da bütün dillərin qorunması üçün önləmlər alınmasını istər. Dünə dönə də budunları (millətləri) dillərini qorumaq üçün uyarar. Örnəyin 1993-cü ildə belə bir bildirgə yayınlar: "Bu gün ingilis diliylə, fransız dili başqa Avropa dillərini yeni sözlərlə basqı altına almaqdadır. İtaliyan, ispan, alman... dilləri də bu basqıya boyun əyirlər. Belə gedərsə, Avropada çoxlu dillər toplum güvənini itirərlər..."

1992-ci ildə Kvebekdə (Kanada) uluslararası dilbilmcilər qurultayında təhlükədə olan dillərin qonusu dartışıldı. Sonucda qurultay bir altqurum (komitə) qurmuşdur. Qonunun önəmini dünyaya duyurmaq üçün elə o il Parisdə bir toplantı düzənləndi. Toplantı sonunda qonu çox önəmli olduğu üçün, YUNESCO sorunlu olduğu mənimsəndi. Sonra sürəkli olaraq bu qonunu YUNESCO bütün dünyada gündəmdə tutdu. Öncə ”Təhlükədə olan dillərin qırmızı bitiyi” (kitabı, “Red Book of Endangered Languages”) sonra, ”Təhlükədə olan dillərin Çizi”ni (xəritə, “Atlas of the World's Languages in Danger”) yayımlandı. 1999-cu ildən bəri YUNESCO qutlanan ”Ana Dili günü” törənlərində qonunun önəmini gündəmə gətirdi. Beləliklə dünyada dillərin qorunması üçün daha çox çalışılmasını, özən göstərməsini istər. İtirilən bir dilin dünya uyğarlığının bir bölümünün yox olması analyışından dolayı budunları uyarır.

Bu açıdan YUNESCO kəsinliklə bir dili başqa bir dillə üstün qılma anlayışına yol verməz.

İkincisi, sözü gedən uyduruq yazıda Türkcənin hansısa üstün yönləri, farscanın da yetərsiz yönlərinə vurğulanmır. Bu yazını yazanlar bilgisizcə, bilgisiz toplumlara boşuna çənə yorma olanağı saxlayırlar.

Haradasa 27-28 il öncə tarixçi Kavə Bayatla belə bir dartışmamız oldu. O, öncə farscanın üstün dil olduğunu irəli sürdü. Mən Türkcənin dil dağarcığını önünə qoyduğumda üzü bozardı. Sarıldı insansevərliyə: “YUNESCO hansısa dilin hansısa başqa bir dilə üstün olmadığını deyir” dedi...

Türkcəinin savaşını Kaşğarlı Mahmud haradasa 1000 il bundan öncə ərəbin egemən olduğu dönəmdə ərəbcəylə Bağdadda aparmışdır. Türk dövlət başçıları Türkcəyə ögey ilgi göstərirkən belə, Türkcə egemənliyini Türk insanının bəlləyində (hafizəsində) egemən qılmış, yaşatmışdır. Əmir Əlişir Nəvainin ”Mühakimətül luğəteyin” (Sözlərin məhkəməsi) , Dr. Cavad Heyətin “Müaqyisətül lüğetieyn”i (Sözlərin qarşılaşdırması) bu açıdan Türkcəni aşağılayacaq hansısa düşüncəyə savaş olanıdır. Kimsə hansı dillə bacarırsa Türkcənin bu savaş meydanına girsin. Girən olarsa da, uduzmaqdan başqa olanağı yoxdur.

Türk tarixiylə də savaş aparanlar yalnız bunu unutmasınlar. Dünayda uzun sürə ən çox imratorluqlar, dövlətlər quranlar Türklər olmuşlar. Üç anaqarada (Asiya, Avropa, Afrika ) bir açağda yalnız Türk egemənlikləri olmuşdur. Uyduruq “azəri” adını da bu gün Azərbaycan Türklərinə aşılamağa çalışanlar, yüz illər boyu Türk egemənliyini bəllikdən silib, soysuz göstərib, əritmək istəyən düşmən anlayışlardır. Türk demək dünya tarixi deməkdir.

Alman bilgini Prof. Fritz Neumark belə deyir: “Tarixdən Türklər çıxardılarsa, dünya tarixi qalmaz...”

Bu düşüncənin ötəsi yoxdur. Bu açıdan fars, erməni, kürd... kimi Türkün tarixini Dinozavrlara, mamotlara bağlayıb, tarix övüncü yaratmağa gərəksim yoxdur. Alman düşünürün dediyi kimi, Türk dünya tarixində ən böyük vurulmuş damğadır.

 

17:44