Qoşuqçular yazıçılardan ürəkli, daha çox devrimcidirlər!

Finlandiya, Helsinki

Sözdüzümü dilçilikdə çoxmu önəmlidir?!!

Mirzə Ələkbər Sabirlə Salman Mümtazın haradasa 110 il bundan öncə söyləşisindən:
“Siz də əruz biçimində yazırsınız! Doğrudur. Bu əruzu böyüklər ərəblərdən alıb bizə gətirmişdilər. Böyüklər də götürəcəkdilər...”
Göründüyü kimi Türkcənin dil yapısına uymayan bu ərəb əruzunu qoşuqçular götürüb, sürgündə olan Türk heca biçimini qoşuğa gətirdilər. Ancaq bunu düzyazı (nəsr) üçün demək olmaz. Tərsinə düz yazıya uyğulanan Quzey Azərabycanda ərəb dilbilgisiylə fars dili düzəni(örnəyin “ki” bağlaclı qoşabudaq tümcələri kimi) gətirildi. Adına da uyduruqca “ədəbi dil” deyildi. “Ədəbi dillə” bağlı neçə kəz düşüncələrimi yazmışam. Burada əski mirzələr təkin söz düzümüylə (sintaks) bağlı düşüncələrimi özət olaraq demək istəyirəm.  Dilbilgisi əski çağlardan bəri yazıyla tanışı olan çeşidli toplumlarda varmış. Hindistandan Yunanıstana kimi dillə ilgilənən bilginlər dilin çeşidli yönlərini araşdırmış, onun gəlişiminə kömək etmişlər. Dilçiliyin çeşidli yönləri olan kökən bilgisi (etimoloji), anlam bilgisi (semantika), səs bilgisi (fonetika), biçim bilgisi( morfoloji) dalları incələyib, gəlişdirmişlər. Sonra tümcənin yazı biçiminə düzən vermək üçün biriləri söz düzümünü
(sintaks) də biriləri artırmışlar. Tanınan bu bilginlərin başında yunanlı Arastotel gəlir. Bir çox qonularda xrstian toplumları sonralar onun düşüncələrini qutsallaşdırdıqları kimi, bu dil qonusunu da qutsallaşdırmışlar. Tarixdə bitikləşdirilmiş ilk yapıtı yenə bir yunanlı  Dionysos etmişdir. Romalı Donatusun bitiyi uzun illər boyu Batıda qaynaq kimi öyrədilmişdir. Batıdan sonra söz düzümüylə bağlı çeşidli dartışmalr getdi. Bu gün də dilin doğal yapısında olmayan bu dartışmlar getməkdədir. Çün, bu sözdüzümü dilin özgürlüyünü, toplumla qaynaşımını əlindən alır, onu özəl bir alana yönəldir. Bu açıdan yazı dilləri yüzillər boyu bəlirli insanların ayrıcalıqlı dili olmuşdur. İnsanlar arasında sinfi ayrıcalıqlar yaratmışdır.
Bilindiyi kimi “ərəb əruzu” dil özəlliklərinə görə Türkcəyə uyğun olmadığından, Türkcə bu qoşuq biçiminə yenilmirdi. Ancaq, yanlış anlamalardan dolayı, Tükcənin qoşuq dili olmadığını yaradır. Türklər ərəbcəyə, farscaya yönəlirdilər. Türklər bu yanlış anlaşımdan qurtulan kimi, Türkcə də nitəlikli qoşuq dili oldu.
Bu gün artıq qoşuqda əruzun o uyduruq dev quralları yoxdur. Qoşuq danışıq dilinə alışmış, bütün insanlarla yoldaşlıq edir. Ancaq düz yazıda qoşuqçuların bu evrimi, devrimi baş verməmişdir. Biriləri öncə yunan, ərəb, fransızın ...yazıdığı söz düzümlərini Türkcəyə də uyarlamışlar. Bundan özəl bir dilçilik dalı yaratmış, onu sürəkli dartışmada tuturlar. Bu qonu bəlirsiz, məntiqsiz olduğuna görə dil bilgisinin ən dartışılan yönüdür.  Deyilənə görə bu yöndə ilk olaraq Kaşğarlı Mahmud “Cevahürün Nəhv” adlı bir bitik yazmış, o da indiyə kimi tapılmamışdır. Sonra da Əbu Hayyanın ərəb ərəb dili üzərindən “Kitabul-İdrak li Lisanil Etrak (yazılışı 1312-ci il ) ilk Türk dilbilgisidir.
19-cu yüzilə kimi bütünüylə Türkcəni ərəb dil bilgisi üzərindən yazmışlar. Sonra da o dönəm Avropada egemən olan fransiz dil bilbilgisini uyarlamışlar. Türkiyədə dil devrimindən sonra sözdüzümüylə bağlı elə yeni bir yenilik olmadı. Quzey Azərbaycanda ərəbcə üzərində yazılan sözdüzümlərinə farsçalar da artırılıb, topluma “ədəbi dil” kimi tanıtdılar.
Bu dilçilərin sözdüzümündə haçansa Dədə Qorqudun sözdüzümləri gözlənilməyib, tümcələrə yansımamışdır. Bu açıdan yazı diliylə toplumun dili arasında anlaşılmazlıq var. Bu anlaşılmazlıqdan dolayı genəldə toplumun danışdığı dilə lori, ərəbcə, farsca quruluşlu diləsə “ədəbi dil” (oxu ədəbli dil) deyirlər. Burada yeyin, incə, axıcı Türkcə yenə qoşuğun əruz biçimində olduğu kimi, öz gözəlliyindən olur.
Biri də çıxıb demir: “Dil özgür bir olqudur, onun özgürlüyünü, insanlarla ilişgilərini dar biçimlərdə öldürməyin!”
Dilə uyarılan sözdüzümü birilərinin dilə sırıdığı uyduruq bir düzəndir. Bu düzən dillə insanların qaynaşmasını önləyir, onların arasında ayrıcalıq yaradıb, ögeyləşdirir. Dili ən axıcı, ən gözəl biçimdə yazmaq, bu uyduruq sözdüzümündən qurtulmaqdır. Örnək olaraq Dədə Qorqud!
Nə yazıq qoşuqçular dillərinə vurulan qandalları qırıb, rədif, qafiyə, xuruc, çıxış, təqti...dən qurtuldular. Yazıçılarsa, M. H. Stendhal kimi nöqtə, vergülün yerlərini dəyşməkdə ayaq döyürlər. Sözsüz ən axıcı, gözəl yazmaq bir başarıdır. Ancaq dar biçimlərə sığmaq yox. Bunları bilim edənlər, insanları bilimdən uzaq tutanlardırlar.

Xudaferin.eu

17:56