TÜRKSOY-un gənclik kamera orkestri Balkan ölkələrində konsert verəcək

 

 

TÜRKSOY-un gənclik kamera orkestri türk musiqisinin təbliği məqsədilə Balkan ölkələrində konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan gənc musiqiçilər iyulun 23-dən Balkan turnirinə başlayacaqlar. Konsertdə Türk Dünyası bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim olunacaq. İlk konsertini Bursada verəcək orkestr avqustun 2-də Belqradda təşkil olunacaq konsertlə səfərə yekun vuracaq.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:15