TÜRKSOY-un 20-ci “Opera günləri”

 

Uluslararası Türk Kültür Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera günləri” sentyabrın 11-də İstanbulda başlayıb. Sayca 20-ci “Opera günləri”nin açılış konserti Taksimdəki məşhur “Grant Pera” sarayında keçirilib.
 

Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Quzey Kıbrısdan olan sənətçilər maraqlı ifaları ilə operasevərlərin görüşünə gəliblər. TÜRKSOY-un opera ulduzlarını Qazaxıstan və Qırğızıstan pianoçuları müşayiət edir. Opera artistlərinin növbəti qastrol səfəri Quzey Kıbrısa nəzərdə tutulub. Girnə şəhərindəki tarixi Bellapais monastırında konsert proqramı təqdim olunacaq.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

14:07