Türk dünyasının birincisi ‘Qırmızım’ güneydə nəşr edilib

 

“Qırmızım” adlı hekayəsi ilə 2016-cı il Beynəlxalq Mahmud Qaşqarlı Hekayə Yarışmasında birinciliyə layiq görülən Qafur İmamizadə Xiyavinin müəllifi olduğu türkcə hekayə toplusu eyni adla Güney Azərbaycanda nəşr edilib.

Ərdəbil vilayətinin Xiyav bölgəsində yaşayan yazar və müəllim Qafur İmamizadə Xiyavi “Qırmızım” adlı hekayəsi ilə keçən ilin dekabrında Qazaxstanın Almatı şəhərində keçirilən türk dünyasının hekayə yarışmasında birinciliyə layiq görülmüşdü.

Beynəlxalq Mahmud Qaşqarlı Hekayə Yarışmasının dördüncü dövrü Avrasiya Yazarlar Birliyi, Türkiyə Mədəniyyət Nazirliyi və Uluslararası Türk Kültür Təşkilatı (TÜRKSOY) kimi qurumların dəstəyi və 16 ölkədən türk yazarların iştirakı ilə keçirilib. “Qırmızım” hekayəsi və müəllifin 10 digər hekayəsindən ibarət olan Qırmızım hekayə toplusu Nizami Nəşriyyatı tərəfindən 118 səhifədə yayımlanıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:32