Tərbizli rejissorun Türk dilində çəkdiyi film beynəlxalq festivalda

 

Güney Azərbaycanın tanınmış rejissoru Əsgər Yusifinejadın Türk dilində çəkdiyi “Ev” filmi Tokioda keçiriləcək Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

 

Tehranda keçirilən “Fəcr” Film Festivalında nümayiş olunaraq mükafata layiq görülən 78 dəqiqəlik “Ev” filmi bir ailənin üzvlərinin mənəvi dünyasının zənginliyindən bəhs edir. Yaşlı və varlı ailə başçısı vəsiyyət edir ki, öləndən sonra onun orqanları çıxarılaraq ehtiyacı olan xəstələrə bağışlanılsın. Lakin onun bu qərarı ailə üzvləri tərəfindən birmənalı qarşılanmır.

Rejissor Əsgər Yusifinejad bildirib ki, bu, onun Türk dilində çəkdiyi son film olmayacaq. Onun sözlərinə görə, daha bir ssenari əldə edib və Türk dilində yeni film çəkməyi düşünür.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:41