Tramp biznesindən imtina edir

Bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz “Twitter” səhifəsində məlumat verib. “Dekabrın 15-i Nyu-Yorkda öz uşaqlarımla birgə mətbuat konfransı keçirəcəm. Konfransda diqqətimi tamamilə ölkə idarəetməsinə cəmləmək üçün böyük biznesi tərk edəcəyimlə bağlı müzakirələr aparılacaq. Hesab edirəm ki, bu addım maraqlar konfliktinə yol verməmək üçün vacibdir. Prezidentlik daha mühüm bir vəzifədir!”, – Tramp bildirib.

Xudaferin.eu

16:26