Tiflisdə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib
Tiflisdəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və “Şəxsi İnkişaf Universiteti” QHT-nin birgə təşkil etdiyi tədbirdə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, elm, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi salonda Azərbaycanın mədəniyyət və incəsənət nümunələri, musiqi alətləri, qədim xalça, kilim və digər əl işləri nümayiş etdirilib.
Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək Mirzə Fətəli Axundzadənin və digər ədiblərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin dramaturgiyasının inkişafındakı xidmətlərindən danışıb, xalqımızın mədəni irsinin təbliğində, tələbələrin mədəniyyətə, ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər. Sonra tələbələr ədəbiyyat sahəsində biliklərini sınayıb, şeirlər, M.F.Axundzadənin əsərlərindən ibarət parçalar ifa ediblər.
“Şəxsi İnkişaf Universiteti” QHT-nin təsisçilərindən biri, tələbə Rəşan Ziyadəliyev jurnalistlərə müsahibəsində deyib ki, tədbirin təşkilində məqsəd M.F.Axundzadəni tələbələrə daha yaxından tanıtmaq, Azərbaycan mədəniyyətini təbliğ etmək, eyni zamanda, gənclərin ədəbiyyata, şeirə, poeziyaya marağını artırmaqdır. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Məmmədzadə isə bildirib ki, tələbələrin elmə, poeziyaya, ədəbiyyata marağının artırılması, mədəniyyətimizin təbliği, ədiblərimizin gənc nəslə daha yaxşı tanıdılması, istedadlı gənclərin tapılıb irəli çəkilməsi məqsədilə yeni layihələr hazırlanıb. Bu layihələr, bu cür tədbirlər davamlı olacaq və gələcəkdə tələbələrin iştirakı ilə yeni tədbirlər təşkil ediləcək.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”
09:20
Digər xəbərlər