Tiflisdə 26-28 May Respublika günü qeyd olundu

 

Gürcütanın başkəndi Tiflisdə 26-28 May Respublika günü qeyd olundu.
Gürcüstanda yaşayan “Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzi”nin təşkilatının təşəbbüsü ilə 64 sayılı orta məktəbdə məktəbdə 26-28 May, Gürcüstanın və Azərbaycanın Müstəqillik Günü ilə bağlı bayram tədbiri keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, iki qardaş ölkə, yəni Gürcüstan və Azərbaycan 1918-1920-ci illərdə öz dövlət müstəqilliklərinə qovuşadan sonar strateji müttəfiq ölkələr kimi birlikdə hərəkət ediblər. Elə bu gün də hər iki dövlət strateji müttəfiqlik ənənələrini qoruyub saxlayırlar. Bu hədəflər sadəcə mehriban qonuşuluq prinsipləri ilə deyil, həm də strateji müttəfiqlik həddində daim inkişaf etməkdədir.  
Şənlikdə “Ceyran” ansamblı gürcü və Azərbaycan milli rəqslərini, mahnılarını və musiqilərini təqdim etdi. Qeyd edək ki, “Ceyran” rəqs ansamblı 2000-ci ildən bəri Gürcüstanın başkəndində  fəaliyyət göstərir və bir çox nəalliyətlər əldə edib. Tədbirin sonunda isə, iştirakçılara Ceyran Qurbanova tərəfindən mükafatlar təqdim olundu.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

19:12