Təbrizdə “Sədaqət” dərgisinin ilk sayı çap olundu

Güney Azərbaycanın başkəndi Təbrizdə Türkcə dilində kültür yönündə fikir dərsigi kimi tanınan “Sədaqət”in ilk sayı çapdan çıxıb. Dərginin təsisçisi və redaktoru, uşaq ədəbiyyatı yazarı Nazilə Cavadbəylidir. Eyni zamanda, o, “Mədəni mükəmməllik birliyi” və “Qələmdən hədəf nəşriyyatı” adlı mədəni mərkəzlərin qurucusudur. Dərginin ilk sayında olduqca zəngin bilgilər toplanıb. Nəşrdə Güney Azərbaycan türklərindən 50-ə yaxın tərcüməçi, yazar, şair və tədqiqatçının əsəri dərc edilib. Dərgi Dünya Türklərinin mədəni, bədii, ictimai, tarixi və milli mövzularını özündə birləşdirir. Həmçinin jurnalda Tatarıstanın yazar və tədqiqatçılarının da yazılarına yer ayrılıb. Dərgi “Qələmdən hədəf nəşriyyatı”nda çap olunub.

Xudaferin.eu

17:06