Tbilisidə həbslər davam edir

Gürcüstan polisi Tbilisinin mərkəzində etiraz aksiyası keçirən şəxslərdən daha üçünü saxlayıb. 

Xudaferin.eu “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı jurnalistlərə mitinq iştirakçıları məlumat verib. 

Dünən Tbilisidə etiraz aksiyaları yenidən başlayıb. Nümayişçilər ötən ilin dekabrında öldürülən iki yeniyetmənin işinin ədalətli aparılmasını tələb ediblər. 

Gürcüstan mətbuatının məlumatına görə, aksiyaçılar Rustaveli prospektini bağlayıblar. Hazırda həmin prospektdə hərəkət bərpa edilib. Mitinq iştirakçıları burada üç çadır qurublar. 

Xudaferin.eu

13:30