Süni intellekt texnologiyaları bazarında 5 qat artım qeydə alınacaq

 

“International Data Corporation” (“IDC”) analitik şirkətinin proqnozuna görə, yaxın illərdə süni intellekt texnologiyalarına qlobal xərclər təxminən 5 dəfə artacaq.

Ekspertlərin fikrincə, 2017-ci ildə süni intellekt sahəsində qlobal koqnitiv sistem və həllər bazarının həcmi ötən illə müqayisədə təxminən 60 faiz artaraq 12 milyard dollar təşkil edəcək. 2021-ci ildə bu göstərici 57,6 milyard dollara yaxınlaşacaq və orta illik artım sürəti 50 faizi ötəcək.

Süni intellekt ən çox keyfiyyətin idarə edilməsi və tövsiyələrin tərtibi sistemləri, diaqnostika və müalicə sistemləri, müştərilərin avtomatlaşdırılmış dəstəyi xidmətləri, avtomatlaşdırılmış kəşfiyyat və təhlükələrin qarşısının alınması sistemləri, həmçinin kiberfırıldaqçılığın təhlili və araşdırmalarda istifadə ediləcək. 2017-ci ildə süni intellekt və koqnitiv həllər sahəsində qlobal xərclərin 50 faizi həmin 5 sahənin payına düşəcək.

Xudaferin.eu
“Avropa Bürosu”

10:06